t s

» » Həftəsonu “cib yandıran” taksi qiymətləri - Süni artım yoxsa...

Həftəsonu “cib yandıran” taksi qiymətləri - Süni artım yoxsa...

26-09-2020, 14:25 Yazar:  Samir Baxılıb: 90 Çap et
Həftəsonu “cib yandıran” taksi qiymətləri - Süni artım yoxsa...Son zamanlar taksi xidmətlərində müəyyən bahalaşmanın olduğu müşahidə edilir. Bu problem daha çox özünü həftəsonları göstərir. Belə ki, həmin günlər müştərilər həftəiçi təklif olunan qiymətdən iki dəfə daha yüksək məbləğ ödəməli olurlar.

Maraqlıdır, bu bahalaşmanın səbəbi süni artımdır, yoxsa həftəsonları taksi xidmətinə tələbin çox olması?

Yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, həftəsonları taksi xidmətlərində baş verən qiymət artımı daha çox tələbin təklifi üstələməsi ilə bağlıdır:

“Çünki həftəsonları ictimai nəqliyyat işləmir. Belə olan halda taksilərə olan tələbat artır. Taksi şirkətləri müxtəlif operatorlar vasitəsilə sifariş qəbul edən bir tərəf olaraq həmin operatorların qiymət aqreqator sistemindən istifadə edirlər. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, nə qədər çox sifariş gəlirsə, bir o qədər də qiymət artımı olur. Orada artan əmsal göstəricisi var və qiymətlər bundan asılı olaraq dəyişir. Təbii ki, operatorlar maraqlıdırlar ki, sifarişlər üzrə taksiləri təyinat ünvanına göndərsinlər, amma qısa məsafədə hər hansı bir şəxs taksi sifariş edirsə, bu sifarişi hər taksi götürmür, çünki ödəniləcək məbləğ az olur. Nəticədə bir növ taksi qıtlığı əmələ gəlir”.

Mütəxəssis operatorlardan kənar olan taksi sifarişlərindən də söz açıb:

“Məsələn, hansısa dayanacaqda dayanan taksilər var, onlar qiyməti nisbətən daha baha deyirlər. Həmçinin həftəsonu taksiyə olan tələbatdan məlumatlı olduqları üçün həmin vaxt qiymətdə müəyyən artım edirlər. Hazırda həftəsonu ictimai nəqliyyatın işləmədiyi bir şəraitdən söhbət gedir. Belə olanda qiymət artımının məntiqi izahı mümkün olur. Bir də həftəiçi olan qiymət artımı var ki, bu özünü daha çox pik saatlarda göstərir. Məsələn, saat 6-7 radələrində qiymət daha baha olur”.

Mövcud şəraitlə əlaqədar tələbin çox olmasına baxmayaraq, həmsöhbətimiz qeyd edib ki, qiymət artımının süni şəklildə baş verməsini də istisna etmir:

“Məsələn, Bakı şəhərinin hansısa ərazisi ilə bağlı sifarişlər daha çox gəlir və taksi şirkətləri maraqlı olurlar ki, məhz həmin ərazidə olan sifarişləri qəbul etsinlər. Həmçinin sifariş çox olmayan əraziyə operator taksi təyin etsə də, ola bilər ki, həmin taksi bu sifarişə dərhal cavab verməsin. Taksi də yola, qiymətə, bunun sərfəli olub-olmamasına baxır. Nəticədə qiymət artımı olur. Qiymət artımında obyektiv və subyektiv səbəblər, həmçinin vəziyyətdən yaralanmaq istəyən sürücülər var. Normalda bir qiymətə getdiyi yolda bəzən əlavə pul istəyənlər olur, səbəb olaraq da tıxacda qalmalarını göstərirlər. Bu sahədə bir nizamsızlıq var və mən hesab edirəm ki, ciddi təkmilləşdirmə işləri həyata keçirilməlidir. Rəqabətin keyfiyyət üzərində qurulmasına çalışmaq lazımdır. Bu gün rəqabət pul üzərindədir. Hansı şirkət daha az pul təyin edirsə, sərnişin onu seçir. Amma keyfiyyətin nə dərəcədə olduğu məlum deyil. Biz bilirik ki, çox aşağı qiymətə taksi xidməti təklif edən sürücünün hətta nəqliyyat vasitəsi belə xidmətin göstərilməsi üçün yararlı deyil. Taksi xidmətinin keyfiyyətinin artırılması üçün çox ciddi işlər həyata keçirilməlidir. Bununla bağlı qanunvericilik var. Nəzarət isə qismən zəifdir, çünki bazar iqtisadiyyatı şəraitində kimisə avtomobilini yeniləməyə məcbur etmək olmur. Amma bu, bir prosesdir, müəyyən təkmilləşdirmə işləri olmalıdır. BNA tərəfindən yeni konsepsiyalar hazırlanır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:45 Vüsal Kərimli BACARMADI... - İTTİHAM Hazırda fəaliyyətindən ciddi narazılıq edilən strukturlar siyahısında “liderliyi” Bakı Nəqliyyat Agentliyi (BNA) tutur desək, yanılmarıq. Yaradılma səbəbi əslində paytaxtın nəqliyyat xaosuna son vermək olan bu qurum gözləntiləri nəinki doğrultmadı, əksinə indi bu sektordakı vəziyyətin daha bərbad
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az