t s

» » Ölkədə 227 min abonentin su sayğacı yoxdur - RƏSMİ

Ölkədə 227 min abonentin su sayğacı yoxdur - RƏSMİ

26-09-2020, 11:02 Yazar:  Firuzə Baxılıb: 53 Çap et
Ölkədə 227 min abonentin su sayğacı yoxdur - RƏSMİHazırda “Azərsu” ASC-nin 1 milyon 523 min əhali abonentinin 227 mini sayğacla təmin olunmayıb.

Bu sözləri Mediaxeberleri.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planında bu illər ərzində bütün abonentlərin 100 faiz su sayğacları ilə təmin edilməsi tapşırığı verilib:

“Abonent bazasının məlumatlarına əsasən 227 min əhali qrupuna aid abonentə hesabat Tarif Şurasının təsdiqlədiyi normativə uyğun verilir. Bu o deməkdir ki, bu gün Azərbaycanda 227 min abonentin su sayğacı yoxdur. Onların da 113 mini Abşeron yarımadasının, 114 mini isə regionların payına düşür. Əhali abonentlərin sayğaclarla təmin edilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir və bununla bağlı hökumətə müraciət edilib. Eyni zamanda bu gün istismarda olan təxminən 127 min su sayğacı istismar müddətini başa vurub. Onların da dəyişdirilməsinə ehtiyac var”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 "BAKIDA YOLUXMA TENDENSİYASI MÜŞAHİDƏ OLUNUR...” - Operativ Qərargahın brifinqi + VİDEO Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. Budəfəki mətbuat konfransında Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu
19:26 Ərkivanın yeni “kəndxuda”sı kimdir? Masallı rayon İcra hakimiyyəti Başçısının sərəncamı ilə dünən Masallı rayonunun 4 inzibati Ərazi Dairələrinə - Ərkivan Qəsəbə, Yeddoymaq Kənd, Xırmandalı Kənd, Mahmudavar Kənd yeni icra nümayəndələri təyin edilib. Ərkivan Qəsəbə İnzibati Ərazi Dairəsinə təyinat alan Sabiq Cahangirov
09:10 ÖLKƏDƏ KARANTİN REJİMİ YENİDƏN SƏTRLƏŞDİRİLİR - Həftəsonu küçəyə çıxmaq qadağan edilir və... + VİDEO Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. Bu dəfəki mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov iştirak edir. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son
08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
22:29 Məhkəmələr vətəndaşların “Azəriqaz”a qarşı iddialarını təmin edir Mirvari Qəhrəmanlı: “Qeyri-qanuni cərimələr həddən artıq çoxdur” Yanvar ayı başlayandan həm mediada, həm də sosial şəbəkələrdə qazla təminatda yaranan fasilələrin çoxalmasından şikayətlər vüsət alıb. İstifadəçilər bildirirlər ki, demək olar, hər həftə təbii yanacaqla təminat dayandırılır,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az