t s

» » Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiya

Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiya

26-09-2020, 10:53 Yazar:  Firuzə Baxılıb: 61 Çap et
Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”dən reaksiyaXəbər verdiyimiz kimi Xalq artisti Fəxrəddin Manafov bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və daha sonra evə buraxılıb.

Mediaxeberleri.az aktyorun həmkarı, “Təhminə” filmində birgə oynadığı türkiyəli aktrisa Meral Konratla əlaqə saxlayıb.

Meral Konrat açıqlamasında aktyorun səhhətindən xəbərsiz olduğunu bildirib:

“Vallah xəbərim yoxdur, indi sizdən eşidirəm. Allah şəfa versin, keçmiş olsun. Necədir? Yaxşıdırmı? Fəxrəddini görsəniz mənim adımdan keçmiş olsun deyərsiz. Bir xəbər olsa mənə də bildirin”, - deyə aktrisa söyləyib.

Qeyd edək ki, aktyorun xəstə olduğu xəbərini müalicə aldığı klinika təsdiqləsə də, hazırda sağlamlıq vəziyyəti qaydasında olan Fəxrəddin Manafov telefon zənglərinə cavab vermir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:23 Prezidentə yazırlar: “Xalqımız Sizin yanınızdadır” - MƏKTUBLAR Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizə öz səmərəsini verir. Buna görə də, əhali Prezident İlham Əliyevə minnətdrlıq məktubları ünvanlayır. Həmin müraciətlərin bir qismini təqdim edirik. Mingəçevirdən Baloğlan Allahyarov yazır: “Möhtərəm cənab Prezident, hörmətli
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az