t s

» » Ağstafada yağışdan çıxıb, yağmura düşən meşə təsərrüfatı

Ağstafada yağışdan çıxıb, yağmura düşən meşə təsərrüfatı

30-07-2015, 16:14 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 341 Çap et
Ağstafada yağışdan çıxıb, yağmura düşən meşə təsərrüfatıAğstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsində sepi sökülüb satılan traktorlar özəl yanacaq doldurma məntəqəsinə “xizəklə gedirlər”

Ağstafa meşə mühafizəsi və bərpası müəssisəsinin sabiq direktoru Fəzail Məmmədhəsənovun işindən kənarlaşdırılması rayonun meşələri üçün heç də uğurlu önəm kəsb etmədi.

Hesaba gəlməz dərəcədə meşə qırğınına şərait yaradan, hətta fermaya qədər tikdirən, yaşadığı Qovlar şəhərinin İbrahimhacılı kəndində odunla bişirilən çörək sexinə kimi açan sabiq direktor, yalnız başının “sığallanması” ilə işindən kənarlaşdırıldı. Bir neçə aydır ki, onun yerinə sabiq direktorun dövründə meşə mühafizəsi və bərpası müəssisəsində müfəttiş vəzifəsini aparan Musa Vəliyev təyin edildi. Qəribədir, həmişə direktorun meşələrə “divan” tutmasını gizlədən, 4000 hektar ərazisi olan Ağstafa meşələrini ildə 7-8 dəfə yoxlayan və saxta aktlar tərtib etməklə dövləti aldadan müfəttiş Musa Vəliyev necə ola bilər ki, direktor olar? Çünki, direktorla müfəttiş eyni məsuliyyət sahibidirləır.

Bu barədə Mediaxeberleri.az-a rayondakı mənbənin verdiyi məlumata görə, Musa Vəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerlərdə apadığı yoxlamalara danışan adamdır. Məsələn onun deiklərindən: “Tez-tez nazirlik tərəfindən əsassız yoxlamalrın gəlməsi, bəzi öhdəliklər qoyması meşələri məhvə aparır. Məvaciblə başa gəlinəsi deyil. Bir az əvvəl departament müfəttişləri yoxlamalar apardılar, xahiş-minnətdən sonra, müxtəlif növdə 60 min manat cərimələr yazıldı. Hələ, borcu-xərci demirəm”.

Musa Vəliyevin dediklərindən belə çıxır ki, guya nazirliyin departament rəisi Şakir İsmayılov meşə müəssisə direktorlarına göz verib, işıq vermir.

Ağstafa meşəçiliyinin “Qızıl Ulğun” adlanan meşə sahəsi Kür qırağı Tuqay meşəliyidir. 1600 hektar meşəlik boyu 14 yataq qurulmuşdur. Yataqlar meşəlikdən 30 - 40 metr aralıdır. Hər yataqda faktiki 200 başa qədər qoyun, 50-80 baş iri buynuzlu var. Həmin heyvanlar meşəlikdə otlayır. Sabiq direktor hər yataq sahibindən ildə 600 manat alsa da, hazırkı direktor Musa Vəliyev bu rəqəmi 1000 manata qaldırdığından giley-güzar yaranıb. Açıqça hiss olunur ki, Tuqay meşəliyində təbii bərpadan söhbət gedə bilməz. İnandırıcı deyil ki, əvvəllər mühafizə müfəttişi işləyən Musa Vəliyevin Tuqay meşəliyindəki talançılıqdan xəbəri olmamış olsun... Axı, Ağstafanın 2 saylı dolayı meşəçiliyində Musa Vəliyev 2 ildə 11 dəfə yoxlama aparmışdır. Yazılmış aktlar deyilənləri sübut edir. Maraqlı məqam odur ki, Kür qırağı Tuqay meşəliyinin meşə bəyi 130 km aralıda qonşu rayonda yaşayır.

Mediaxeberleri.az bildirir ki, rayonun “Soyuq Bulaq” meşəliyinin sahəsi isə 1200 hektardır. Burada da da təbii bərpadan söhbət gedə bilməz. Həmin meşəlik örüş sahəsini xatırladır. Hətta, meşə boşluğu olan sahələrdn əkinçilik kimi istifadə olunur. Hazırda 30 hektara yaxın süpürgə əkilmişdir və davam edir.

2011-2014-cü illərdə kağız üzərində 200 hektar meşə salınması göstərilsə də, 5 hektar müşahidə edə bilmişik. Meşə bəyi həmin 200 hektarı Musa Vəliyevdən soruşmağımızı məsləhət bildi. Demək, 200 hektar sahəyə də kağız üzərində qulluq göstərilməklə külli miqdarda vəsait mənimsənilmişdir.
Müəssisənin 6 ədəd traktoru, 6 ədəd avtomobili olsa da, texnikaların qiymətli hissələri sökülüb satıldığından, texnikaların qalan hissələri xəlvət bir küncə atılımışdır. Texnikalar 3 ildir ki, kağız üzərində hərəkət etməkdədir. Ehtiyyat hissələri üçün üçün ayrılan vəsaitlər mənimsənilir. Onlar üçün ayrılmış benzin, dizel yanacaqları özəl yanacaq doldurma məntəqəsi vasitəsi ilə nəğd pula çevrilir. 13 texnikası olan müəssisənin adicə, 100 litrlik yanacaq çəni yoxdursa, deməli məsələ aydındır. Sepli traktorların yanacaq məntəqəsinə getməsi ən azından gülünc olardı. Həmin traktorların sepləri də satılmışdır. Belə çıxır ki, həmin sepi sökülüb satılan traktorlar özəl yanacaq doldurma məntəqəsinə “xizəklə gedirlər”.

... Kollegiyanın qərarı ilə 8 nəfər işini itirməli olduğu halada, Musa Vəliyev həmin şəxslərin qohum-əqrabasını işə götürmüşdür. Əmrdə işçi başqa şəxs olsa da, işi işdən çıxarılmışlar icra edirlər. Bu da səbəbsiz deyil. Çünki, Musa Vəliyev Ağstafa meşəçiliyində bütün maxinasiyaları işdən çıxarılan həmin 8 nəfərlə görüb.

Araşdırmalarımız davam edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:24 Qazax xəztəxanası həm də məhkəmədən yayınanların sığınacaq yeri imiş... - İTTİHAM VAR Dünyanın hər yerində terroristlərə, ümumilikdə cinayətkarlara şərait yaradanların, onlara havadarlıq edənlərin aqibəti yaxşı nəticələnməyib. Oğru, əyri də məhkəmə qərarından sonra cinayətkar hesab edildikdə onun müdafiəsinə qalxmaq yalnız üzdən iraq adamların işidir. Bir də görürsən ki, hər hansı
16:24 Qəbələ meşələri məhv edilir Abdulla Kərimov yaşıllıqlara qənim kəsilib Məlum olduğu kimi meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin
08:50 BƏRDƏDƏ MEŞƏ TƏSƏRRÜFATI BİZNESİ — HÜSEYNQULU BAĞIROVUN DİQQƏTİNƏ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aydın Məmmədovun palıd, çınar, qaraağac biznesinə niyə göz yumur? Bərdədən daxil olan məlumata görə rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aydın Məmmədovun başı ağac biznesinə qarışıb. İnformasiya mənbəmiz bildirir ki, Ekologiya və Təbii
12:52 Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi Rusiyanın Prikamsk vilayətində azərbaycanlı biznesmen, Azərbaycana meşə materiallarının göndərilməsi ilə məşğul olan Afiq Əliyevin və ortağının işi məhkəməyə göndərilib. Virtualaz.org saytıxəbər verir ki, “Kommersant” qəzeti bu cinayət işi haqda yazır. Məqalədə bildirilir ki, biznesmen ƏDV

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az