t s

» » DTX-nin həbs etdiyi sabiq vəzifəli şəxslərdən XƏBƏR VAR

DTX-nin həbs etdiyi sabiq vəzifəli şəxslərdən XƏBƏR VAR

26-09-2020, 09:44 Yazar:  Firuzə Baxılıb: 52 Çap et
DTX-nin həbs etdiyi sabiq vəzifəli şəxslərdən XƏBƏR VARXarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər verilib.

Mediaxeberleri.az
xəbər verir ki, müdafiəçilərin verdiyi vəsatətlərə Səbail Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər barədə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:24 Məhkəmə XİN-in həbsdə olan vəzifəliləri barədə qərar verdi Bakı Apellyasiya Məhkəməsində Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxsləri barələrində seçilmiş həbs qətimkan tədbirindən verilmiş şikayətə baxılıb. Mediaxeberleri.az xəbər verir ki, hakim İlqar Murğuzovun sədrlik
12:00 DTX XİN-də niyə əməliyyat keçirdi? - TƏHLİL Dövlət Təhlükəsizlik Xidməti (DTX) növbəti əməliyyatını bir neçə gün öncə Xarici İşlər Nazirliyində (XİN) keçirdi. Əməliyyatla bağlı yayılmış rəsmi məlumatda qeyd olunub ki, XİN-in bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla
12:24 DTX-nin əməliyyatı ilə tutulan XİN vəzifəliləri məhkəməyə müraciət etdilər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslər barələrində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib. Mediaxeberleri.az-ın məlumatına görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar
15:15 DTX MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ KEÇİRDİYİ ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİNİ YAYDI - VİDEO Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi Mədəniyyət Nazirliyində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu
23:32 MTN-in sabiq vəzifəli şəxslərinin cinayət əməllərinin təfərrüatları Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Mediaxeberleri.az xəbər verir ki, baş Prokurorluğun

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az