t s

» » Ermənistanda Polad Həşimov rayonu var – Nazirlikdən cavab

Ermənistanda Polad Həşimov rayonu var – Nazirlikdən cavab

24-09-2020, 16:28 Yazar:  Samir Baxılıb: 121 Çap et
Ermənistanda Polad Həşimov rayonu var – Nazirlikdən cavabŞəhid generalımız Polad Həşimovun adına Ermənistanda guya rayon olmasının “Quql xəritə"də (Google maps) qeydi ilə bağlı məsələ araşdırılacaq.

Mediaxeberleri.az xəbər verir ki, bunu Axar.az-a “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində Polad Həşimovun adına rayon qeyd olunmasına münasibət bildirən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, bununla bağlı məsələ təsdiqini tapdığı halda Quql şirkətinə növbəti müraciət ünvanlanacaq.

Nazirlik rəsmisi, həmçinin bildirib ki, bəzi Azərbaycan rayonlarının adlarının da sözügedən elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və XİN tərəfindən dəfələrlə Quql şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib.

“Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “Quql xəritə” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Bu halda vətəndaşlarımız fəal şəkildə adıçəkilən elektron xəritədə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər", - nazirlikdən bildirilib.

Kibertəhlükəsizlik üzrə ekspert Fərid Zeynalovun fikrincə, çox güman ki, həmin adı xəritədə azərbaycanlılar yaradıb:

“Bu hal ilk dəfə baş vermir, Ermənistanın xəritəsində “Qarabağ bizimdir, bizim olacaq” adlı məkan da var. İstənilən istifadəçi “Quql xəritə” platformasına daxil olduğu zaman kompüter siçanının sağ düyməsinə basaraq “Xəritədə mövcud olmayan yeri əlavə etmək” və ya “Biznesi əlavə etmək” kimi bölmələri işlədə bilər. Həmin bölmələrin vasitəsilə xəritə koordinatlarını dəyişmək mümkündür. Görüntüdən də məlumdur ki, qeyd olunan ərazi rayon deyil, “Polad Həşimov Rayonu” adlı müəyyən obyektdir”.

Qeyd edək ki, “Quql xəritə"də (Google maps) Ermənistan ərazisində şəhid generalımız Polad Həşimovun adına rayon qeyd olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:24 Şəhid polkovnik-leytenantın həyat yoldaşı: “Polad Həşimovun şəhid olması xəbəri ailəmizi ikinci dəfə sarsıtdı” “Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq üç gün davam edən döyüşlərdə 12 hərbçimizi və bir mülki vətəndaşımızı itirdik. Bütün şəhidlərimiz ürəyimizi dağladı, amma şəhid general-mayor Polad Həşimovun ölüm xəbərini alanda çox sarsıldım”. Bu sözləri
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az