t s

» » Zərdab rayonunda küçələrdən birinə şəhid hakimin adı verilib

Zərdab rayonunda küçələrdən birinə şəhid hakimin adı verilib

23-09-2020, 21:38 Yazar:  Samir Baxılıb: 73 Çap et
Zərdab rayonunda küçələrdən birinə şəhid hakimin adı verilib
Zərdab rayonunda küçələrdən birinə 1993-cü ilin avqustunda torpaqlarımızın azadlığı uğrunda Füzuli rayonunun Kültəpə ərazisində gedən döyüş zamanı şəhid olmuş hakim Məhərrəm Məmmədovun adı verilib.

Mediaxeberleri.az
Azərtac-a istinadən xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən küçə Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə görə tanınmış hakimin adı ilə adlandırılıb. Şəhərin 3-cü məhəlləsində, Zərdab-Ucar avtomobil yolundan Suvarma Sistemləri İdarəsinə qədər uzanan küçənin uzunluğu 530 metrdir.
Qeyd edək ki, M.Məmmədov hakim kimi çalışdığı Zərdab rayonu ilə yanaşı, doğulduğu Cəbrayıl rayonunda da böyük nüfuza və hörmətə sahibi olub. Zərdablılar və Qarabağ camaatı bu gün də onu minnətdarlıqla xatırlayırlar.
M.Məmmədovun adını daşıyan küçədən bu gün onun övladları, nəvələri qürur hissi ilə keçib gedirlər. Gələcək nəsillər də onun ruhunu ehtiramla yad edəcəklər.
Şəhid hakim M.Məmmədovun oğlu, peşəkar vəkil Adəm Məmmədov atasının adının Zərdab rayonunda küçəyə verilməsinə görə ailəsi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az