t s

» » “General Aslanov” mövzusunda videokonfrans keçirildi - FOTO

“General Aslanov” mövzusunda videokonfrans keçirildi - FOTO

23-09-2020, 21:05 Yazar:  Samir Baxılıb: 254 Çap et
“General  Aslanov” mövzusunda videokonfrans keçirildi - FOTO
Bu gün Qazax və Ağstafa Rayon Heydər Əliyev Mərkəzlərinin və Həzi Aslanovun Ev Muzeyinin birgə təşkilatçılığı ilə hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı , general- mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2019- cu il tarixli sərəncamına uyğun olaraq “General Aslanov” mövzusunda videokonfrans keçirilmişdir.

Videokonfransda Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Həzi Aslanovun Ev Muzeyinin direktoru Cəmilə Şərifova çıxış edərək Həzi Aslanovun keçdiyi həyat yolundan, Böyük Vətən Müharibəsində göstərdiyi şücaətlərdən danışmış və bildirilmişlər ki, Həzi Aslanovun keçdiyi ömür yolu bu gün hər bir Azərbaycan gənci üçün örnəkdir. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna şücaətləri torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan gəncliyi üçün əsl qəhrəmanlıq nümunəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Həzi Aslanovun anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi sərəncam imzalamış və sərəncama uyğun olaraq Respublikanın hər yerində müvafiq tədbirlər keçirilmişdir.Videokonfransdan sonra Həzi Aslanovun Ev Muzeyinə virtual ekskursiya təşkil edilmiş və Muzeyin bələdçisi Məmmədli Nərmin generalın həyat yolundan, azad etdiyi torpaqlardan, misilsiz qəhrəmanlıqlarından ətraflı məlumat vermiş, şəxsi əşyaları, Generala həsr edilmiş kitabları, onun döyüş şəkillərini onlayn formatda təqdim etmişdir.

“General  Aslanov” mövzusunda videokonfrans keçirildi - FOTO
“General  Aslanov” mövzusunda videokonfrans keçirildi - FOTO
“General  Aslanov” mövzusunda videokonfrans keçirildi - FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az