t s

» » Ətrafa tullantılar atan istixana ilə bağlı qərar verildi

Ətrafa tullantılar atan istixana ilə bağlı qərar verildi

23-09-2020, 10:06 Yazar:  Firuzə Baxılıb: 48 Çap et
Ətrafa tullantılar atan istixana ilə bağlı qərar verildiEkologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Mediaxeberleri.az-a verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:34 Nazirlik Sumqayıt bələdiyyəsini məhkəməyə verdi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Sumqayıt şəhərinin Səməd Vurğun və Sahil küçələrində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Xidmətin rəis
10:00 “Azəriqaz” sahibkarı təhdid edir - QALMAQAL Təqribən üç-dörd gün bundan öncə redaksiyamızın elektron poçtuna Şəmkir rayonu Qılıncbəyli kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rüstəmov Kəramət Şəmməd oğlu və adı çəkilən şəxsə məxsus istixanada çalışan 40 nəfər işçi tərəfindən müraciət daxil olub. Onlar ünvanladıqları müraciətlərində
00:20 Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən skaut dəstə üzvləri əhalinin ekoloji maarifləndirilməsi məqsədilə təşkil olunan və Gənc eko-skautların iştirak etdiyi “Eko Akademiya” start götürüb. Qusar rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
22:28 “Karvan-L” Eko sənaye parkında yeni müəssisələr yaradılır - Ağstafada Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən
09:55 Əkbər Hacıyevin qərarı şəmkirli sahibkarı müflis həddinə çatdırıb - Prezidentdən kömək istədi... Şəmkir rayonu Qılıncbəyli kənd sakini, sahibkar Rüstəmov Kəramət Şəmməd oğlu prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Cənab Prezident! Biz Şəmkir rayonunun sakinləri yaşamaq,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az