t s

» » Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? - AÇIQLAMA

Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? - AÇIQLAMA

23-09-2020, 08:42 Yazar:  Samir Baxılıb: 324 Çap et
Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? - AÇIQLAMA
Ehtiyatda olan hərbi vəzifəli şəxslərin planlı şəkildə hərbi təlimə çağırılmaları müharibə hazırlığı deyil. Təlimlər ilk dəfə deyil keçirilir. Digər tərəfdən, bu təlimlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən reallaşdırılır.

Mediaxeberleri.az
xəbər verir ki, bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər bir çox ehtiyatda olan hərbi vəzifəli şəxsin planlı şəkildə hərbi təlimə çağırılması haqda danışarkən deyib.

Ş.Ramaldanov bildirib ki, təlimlər müəyyən proqram əsasında həyata keçirilir:

"Təlim proqramı öncədən hazırlanır və təlim rəhbərlərinə təqdim edilir. Bilirsiniz, bu və bu kimi təlimlər hələ SSRİ zamanından keçirilir. Biz bunlara adətən toplantı deyirdik.

Hazırki təlimlərin nə qədər davam edəcəyi haqda məlumatım yoxdur. Adətən bu kimi təlimlər bir ay müddətində davam edir. Çünki təlim proqramı bir yox, bir neçə istiqamətdə aparılır. Təlim əvvəl ixtisaslar üzrə, daha sonra isə ümumi formada keçirilir.

Eyni zamanda şəxslərin çağırılma dövrü, yerləşdirilməsi, yoxlanışı müəyyən vaxt tələb edir. Daha sonra şəxslər yoxlanışdan keçir, proqram üzrə məşqlər başlayır. Buna görə də bu toplantını müharibə hazırlığı kimi qiymətləndirməyə ehtiyac yoxdur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:46 Polkovnik: Hərbi vəzifəli şəxslər niyə orduya çağırıldı? - Video Ehtiyatda olan hərbi vəzifəli şəxslərin planlı şəkildə hərbi təlimə çağırılmaları müharibə hazırlığı deyil. Təlimlər ilk dəfə deyil keçirilir. Digər tərəfdən, bu təlimlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən reallaşdırılır. Bu sözləri Axar.az-a ehtiyatda
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az