t s

» » Bakıda vəzifəli şəxsin oğlu bacısını niyə öldürdü? – ŞOK TƏFƏRRÜAT/ÖZƏL

Bakıda vəzifəli şəxsin oğlu bacısını niyə öldürdü? – ŞOK TƏFƏRRÜAT/ÖZƏL

22-09-2020, 12:02 Yazar:  Samir Baxılıb: 244 Çap et
Bakıda vəzifəli şəxsin oğlu bacısını niyə öldürdü? – ŞOK TƏFƏRRÜAT/ÖZƏL
Sentyabrın 20-də Bakı şəhər Xəzər rayonu Türkan qəsəbəsində, qəsəbə icra nüamyəndəliyinin rəhbəri Rahil Babayevin oğlunun bacısını güllələyərək öldürməsi hadisəsinin təfərrüatları məlum olub.

Hadisə qısqanclıq zəminində baş verib. İlkin araşdırmalar zamanı məlum olub ki, R.Babayevin qızı, 1991-ci il təvəllüdlü Aydan bir müddət əvvəl ailə həyatı qursa da, onun izdivacı uğursuz olub və boşanaraq atası evinə qayıdıb. Bundan sonra qızla qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayev arasında tez-tez münaqişələr yaranmağa başlayıb. Gənc oğlan bacısının başqa şəxslə danışmaması və görüşməməsi ilə bağlı ona xəbərdarlıq edib. Bacısını daim nəzarətdə saxlamağa çalışsa da, A.Babayeva qardaşının tələblərinə məhəl qoymayıb, bəzi vaxtlarda evə gecə gəlib və ya gecələri ümumiyyətlə evə gəlməyib. Nəhayət sentyabrın 19-da axşam saatlarında qəsəbədə olmayan Məhəmmədəli bacısının evdə olub-olmamasını öyrənmək qərarına gəlib. Bu məqsədlə o, Aydana zəng edib. Lakin bacısı telefona cavab verməyib. Aydanın gecə evə gəlmədiyini öyrənən gənc oğlan onu öldürmək qərarına gəlib. Sentyabrın 20-də səhər saatlarında evə qayıdan M.Babayev tüfənglə bacısını güllələyərək öldürüb.

O, hadisədən dərhal sonra polis şöbəsinə gedərək təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl R.Babayevin adı ahıl qadınların torpaqlarının ələ keçirilməsi ilə bağlı qalmaqalda hallanıb. Belə ki, dələduzluqla məşğul olan şəxslər icra nümayəndəsinin adından saxta sənədlər hazırlayaraq torpaqları ələ keçiriblər.Publika.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az