t s

» » Lotu Qulinin imperiyasını çeçen avtoritet ələ keçirir? - ŞOK TƏFFƏRÜAT

Lotu Qulinin imperiyasını çeçen avtoritet ələ keçirir? - ŞOK TƏFFƏRÜAT

22-09-2020, 08:55 Yazar:  Samir Baxılıb: 82 Çap et
Lotu Qulinin imperiyasını çeçen avtoritet ələ keçirir? - ŞOK TƏFFƏRÜAT
"Lotu Quli" ləqəbli məşhur azərbaycanlı qanuni oğru Nadir Səlifovun öldürülməsindən sonra onun biznesinə çeçen Əhməd Dombayev (Əhməd Şalinski) iddia edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Əhməd Şalinski cinayətkar aləmin Çelyabinsk vilayəti üzrə kuratorudur (“smotryaşiy”). Lotu Qulinin öldürülməsindən sonra onun biznes imperiyasına qardaşı Namiq Səlifov başçılıq edir. Rusiyanın iri bazarlar və topdansatış mərkəzlərinin ticarətçiləri indi ona haqq ödəyirlər.

Lakin Əhməd Şalinski indi bu biznesə iddia edir. Bildirilir ki, çeçenlər hələ də həbsxanalarda və islah əmək düşərgələrində “smotryaşiy” olaraq qalırlar. Onların arasında ən nüfuzlusu Dombayev hesab olunur.

Ə.Dombayev 2009-cu ildə kriminal karyerasına başlayıb.

Moskvada silah tətbiq etməklə TIR-ı soyub. Buna görə 10 il həbs cəzası alıb. Həbsxanaya düşən kimi kriminal aləmdə nüfuz qazanmağa başlayıb. 2012-ci ildə ona “qanuni oğru” titulu veriblər.

2019-cu ildə azadlığa buraxılandan sonra Dombayev Çeçenistana qayıdıb, amma 2020-ci ilin iyununda Moskvaya gedib. Onun Moskvada meyvə-tərəvəz alverini nəzarətə götürmək istədiyi təxmin edilir.

Lakin “Praym Kraym” portalının əldə etdiyi məlumata görə, Əhməd Şalinski bu günlərdə tələsik Moskvadan qaçıb. Çünki onun barəsində Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi (cinayətkar iyerarxiyada yüksək mövqeyə sahibi olmaq) üzrə cinayət işi qaldırılıb. Cinayət işinin qaldırılmasının təşəbbüskarı Şimali Osetiyanın Daxili İşlər Nazirliyidir. Bu maddə isə onu 8 ildən 15 ilə qədər həbs gözləyir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:41 Lotu Qulinin taxtında kim oturacaq? – Yeni versiyalar... “Qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun Antalyada qətlə yetirilməsindən sonra “oğru dünyası”nın yeni liderinin kim olacağı ilə bağlı müzakirələr gedir. Böyük ehtimalla, indiki halda da müəyyən çevrəyə daxil olan kriminal avtoritetlərin iştirakı ilə “sxodka” keçiriləcək. Yeni liderin
13:47 Qulinin qardaşı meydana girir: Nələr olacaq? Avqustun 19-dan 20-nə keçən gecə Antalyada qətlə yetirilən qanuni oğru Lotu Qulinin nəzarət etdiyi biznes sahələri uğrunda mübarizə başlaması haqda iddialar səngimir. Xüsusilə, Rusiya mediası bu “bölünmə” məsələsinə dair hər gün yeni iddalarla çıxış edir. “Kommersant” qəzeti iddia edib ki, qanuni
10:23 Qanlı müharibəni bitirən qətl: Yeni lider Lotu Arif ola bilər... Azərbaycanlı “oğru” Nadir Səlifovun (Lotu Quli) qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Yenisabah.az xəbər verir ki, onların içində ən populyarı bu qəsdin qisas əməliyyatı olması barədədir. Güman edilir ki, Lotu Quli 4 il əvvəl Türkiyədə qətlə yetirilən “oğru” Rövşən Canıyevin (Rövşən
08:23 Rövşən-Quli savaşının təfərrüatı: Krallar öldü, yeni kral kimdir? Lotu Qulinin Türkiyənin Antalya şəhərində qətlə yetirilməsi Rusiya mediasında da əks-səda verib. Mediaxeberleri.az Lenta.ru-da dərc edilən “Sonuncu don. Azərbaycan mafiyasının rəhbəri öldürüldü. Rusiya oğru dünyasını “yenidən bölüşdürülmə” gözləyir” başlıqlı araşdırmasını təqdim edir: Avqustun
23:12 “Oğru aləmi”ndə savaş: “Qətlə yetirilən Lotu Qulinin varisi...” - MÜSAHİBƏ “Nadir Səlifovun qətlə yetirilməsi onun tərəfdarlarına və həmin tərəfdarların nəzarət etdiyi biznes strukturlarına rəhbərlik edən şəxslərə xəbərdarlıqdır. Qətiyyən şübhəm yoxdur ki, bu qətlin sifarişçiləri də, icraçıları da, ssenari-müəllifləri də Rusiyadadır”. Jurnalist Elçin Alıoğlu belə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az