t s

» » ““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli

““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli

21-09-2020, 15:00 Yazar:  Samir Baxılıb: 81 Çap et
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli“Vaqif Mustafayev elə bilir ki, indiyədək əhali hind filminə baxır. O televiziya təkcə Azərbaycan xalqı üçün yox, kanallar üçün böyük ləkədir. Belə televiziya ola bilməz”.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Kamran Həsənli “Space” telekanalı haqda danışarkən deyib.

İTV telekanalında yayımlanan “Popumuz Var” proqramında qonaq olan aparıcı Space TV-nin rəhbəri Vaqif Mustafayev tənqid atəşinə tutub:

“Mənim hər gün Space TV ilə savaşım olub. Onlar reytinqin nə olduğunu başa düşmürlər. Məni televiziyaya buraxmırlar. Kanallarda dekorativ dəyişikliklər olur, başqa heç nə!

Uzun fasilədən sonra yenidən kanala qayıtdım. “Onda başladıq” proqramı var idi. Brilliant Dadaşovadan tutmuş Qənirə Paşayevayadək hər kəs - kanalın arzusunda olan insanlar qonaq olurdu. Veriliş başlayandan sonra millət vəkili Aqil Abbas məni yığıb dedi ki, əla verilişdi, amma bağlayacaqlar. Üç həftə keçəndən sonra bağladılar. Dekorasiya üçün cibimdən pul vermişdim.

Vaqif Mustafayev dedi ki, verilişdə rəqs olmalıdır. Cazdan belə danışmağa qoymurdular”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
13:03 11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər” Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az