t s

» » Əliyevin düşmənə sərt mesajı Misirdə gündəm oldu

Əliyevin düşmənə sərt mesajı Misirdə gündəm oldu

21-09-2020, 13:03 Yazar:  Samir Baxılıb: 268 Çap et
Əliyevin düşmənə sərt mesajı Misirdə gündəm oldu
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi mühüm açıqlamalar Misir mətbuatının da diqqət mərkəzindədir.

Misirin “Asyaelyoum” informasiya agentliyi və “Aldiplomasy” nəşri dövlətimizin başçısının müsahibəsinə geniş yer ayırıb, oxuculara Prezident İlham Əliyevin Ermənistanın təcavüzkar siyasəti haqqında fikirləri çatdırılıb.

Qeyd olunur ki, Cənubi Qafqaz regionunda vəziyyətdən danışan Prezident İlham Əliyev təcavüzkar Ermənistanın avantürist siyasətinə qarşı kəskin fikirlər səsləndirib. Diqqətə çatdırılır ki, Ermənistanın Sevr müqaviləsini canlandırmaq istəyini sərt şəkildə qınayan Azərbaycanın dövlət başçısı deyib:

“Ağlı başında olan hər bir tarixçi, siyasətçi qətiyyən buna imkan verməz. Amma onların Azərbaycana və Türkiyəyə, bizim xalqımıza olan nifrəti, o irrasional düşüncəni, necə deyərlər, təhlükəli məcraya istiqamətləndirir”.

Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma aparması, təcavüzkar ölkənin cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə Azərbaycan Prezidentinin fikirləri Misir ictimaiyyətinə çatdırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az