t s

» » Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib – Prezidentə müraciət

Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib – Prezidentə müraciət

20-09-2020, 08:22 Yazar:  Samir Baxılıb: 295 Çap et
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib – Prezidentə müraciət
Bakı şəhər sakini, 72 yaşlı Gülarə Qara qızı Xudiyeva bildirir ki, “Muğanbank”a depozit kimi qoyduğu 10 min manat bank işçiləri tərəfindən mənimsənilib.

Mediaxeberleri.az
xəbər verir ki, Xudiyeva bank tərəfindən aldadıldığını, lakin bunu sübut etmək üçün aylardır əziyyət çəkdiyini bildirib. Şikayətçinin sözlərinə görə, “Muğanbank”ın şöbələrindən birində çalışan qardaşı oğlunun təkidi ilə ötən ilin yanvarın 4-də bankın baş ofisinə gedərək 10 min manat depozit qoyub. Bu ilin yanvarında isə banka müraciət edəndə pulunu geri ala bilməyib.

Qadının danışdıqlarından: “Bundan əvvəl də həmin banka 15 min manat depozit qoymuşam. Ötən ilin yanvarın 4-də qardaşım oğlu öz maşını ilə məni bankın baş ofisinə apardı. Orada məni onun tanıdığı əməliyyatçılardan biri qarşıladı və biz banka 10 min manat depozit qoyulmasına dair müqavilə imzaladıq. Kassaya 10 min manat ödədim və qəbz verdilər. Həmin vaxtdan bir neçə ay keçəndən sonra sənədlərə təkrar göz gəzdirəndə 10 min manat depozitin əmanət kitabçasında qeyd edilmədiyini bildim”,-G.Xudiyeva deyib.

Şikayətçinin sözlərinə görə, bu barədə qardaşı oğluna məlumat verib. O isə öz növbəsində müqavilə və qəbz olduğundan narahat olmamağı tövsiyə edib. Ancaq bu ilin yanvarında banka müraciət edəndə aldadıldığını başa düşüb.

G.Xudiyeva deyir: “Əvvəlcə bir neçə sənəd gətirdilər və dedilər ki, pulu kassaya ödəyəndən cəmi 4 dəqiqə sonra geri götürmüşəm. Bunun mümkün olmadığını bildirdim və kamera görüntüləri tələb etdim. Mübahisə düşdü, baş ofisin rəhbəri ilə görüşdüm. O da dedi ki, sənədlərə əsasən pulu 48-ci dəqiqədə qoymusam, 52-ci dəqiqədə geri götürmüsəm. Bu versiya ağlabatan olmadığından sonradan müqavilənin guya 2016-cı ildə qoyduğum depozitin uzadılması məqsədilə təkrar bağlanıldığını dedilər. Onu da bildirdilər ki, bankdakı kamera görüntüləri ən uzağı 2-3 ay saxlanılırmış, buna görə də görüntülər, yaxud səs yazısı yoxdur. Nəticədə aylardır banka ötən ilin yanvarında 10 min manat verdiyimi sübut edə bilmirəm”.

Xudiyeva bildirib ki, uzun illər nazirliklərdən birində baş mütəxəssis, şöbə müdiri kimi çalışıb, əmək veteranıdır. İki övladı var, onlar hazırda Rusiyada yaşayırlar: “Dövlət qulluqçusu kimi 1200 manatdan çox təqaüd alıram, övladlarım da maddi köməklik edirlər. Yəni mənə 10 min manatın mənimsənilməsindən daha çox aldadılmaq təsir edir. Bu vəsaiti uşaq evlərindən birinə köçürmək istəyirəm. Sadəcə, məsələnin düzgün araşdırılmasını tələb edirəm. Bu yaşımda aidiyyatı orqanlar arasında qalmışam, qalaq-qalaq məktublarım var. Hamı da deyir ki, sizə inanırıq, amma sənədlər elə tərtib edilib ki, banka heç nəyi sübut edə bilmirik. Qardaşım oğlu da fərqli izahatlar verib. Şəkər və təzyiq xəstəsiyəm, mənəvi sarsıntıdan sağlamlığımı itirmişəm. Dəfələrlə müraciət etsəm də, bankın sədri məni qəbul edib, dinləmək istəmir. Bankın əsil sahibinin yanına getməyi məsləhət görürlər, amma onun da öz yaxın qohumunu qoyub mənə inanacağna ümidim yoxdur. Elə bir məngənəyə düşmüşəm ki, bilmirəm nə edim. Qoy onlar kamera görüntüsü, yaxud pulu yatırandan bir neçə dəqiqə sonra çıxardığımı sübut edən sənədi təqdim etsinlər”.

Şikayətçi Prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək məsələnin araşdırılmasının nəzarətə götürülməsini xahiş edib.

“Muğanbank”dan isə sualları yazılı formada göndərməyi, yalnız o halda cavablandırıla biləcəklərini deyiblər. Redaksiya sualları bir neçə gün əvvəl göndərib, amma cavab ala bilməyib... /Virtualaz.org.

Qeyd edək ki, MuğanBank keçmiş deputat, Odlar Yurdu Universitetinin sahibi Əhməd Vəliyevə məxsusdur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az