t s

» » “SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində işlər plan üzrə gedir” - Prezident

“SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində işlər plan üzrə gedir” - Prezident

19-09-2020, 17:59 Yazar:  Samir Baxılıb: 39 Çap et
“SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində işlər plan üzrə gedir” - Prezident
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.

MEDİAXEBERLERİ.AZ xəbər verir ki, Prezident İlham Əliyevin müsahibəsindən növbəti fikirləri təqdim edir:

“Bizim əsas gəlir mənbəyimiz “Azəri-Çıraq-Günəşli” yatağıdır. Orada işlər plan üzrə gedir. İndi orada yeni layihə icra edilir - “Mərkəzi-Şərqi Azəri” adlanan layihə. Bu layihənin dəyəri təxminən, 7 milyard dollara yaxındır və onun icrası nəticəsində artıq yeni mənbələrdən hasilat artacaq. Təbii azalmanı elə bil ki, kompensasiya edəcəkdir. “Azəri-Çıraq-Günəşli” yatağında hazırda 120-dən çox quyu fəaliyyətdədir və eyni zamanda, bu yatağın çox zəngin qaz ehtiyatları var. Ona şərti olaraq “dərin qaz” deyilir və indi “dərin qaz”ın işlənməsi ilə əlaqədar Dövlət Neft Şirkəti öz tərəfdaşları ilə müvafiq işlər aparır”.

“Şahdəniz-2” layihəsi icradadır. Artıq TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm Türkiyə üçün çox önəmlidir”.

“Bu gün Türkiyəyə qaz qardaş ölkədən gəlir və bu qazın həcminin artırılması istiqamətində əlavə addımlar atılacaq və “Abşeron” yatağından çıxarılacaq. İkinci fazadan çıxarılacaq qaz TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. Eyni zamanda, “Qarabağ” yatağının işlənilməsi ilə əlaqədar işlər plan üzrə gedir. Bax, burada gördüyümüz dayaq bloku artıq dənizdədir, dənizə göndəriləcək və ümid edirəm ki, bir-iki ildən sonra “Qarabağ” yatağından ilk neft hasil ediləcək. Bu yatağın özəlliyi ondadır ki, orada neft ehtiyatları daha çoxluq təşkil edir və bizim hasilatımızın sabit saxlanması üçün bunun böyük əhəmiyyəti var”.

“Digər çox perspektivli layihə “Dayazsulu Abşeron” adlandırılır. Bir neçə aydan sonra o yataqlarda ilk qazma işləri aparılacaq. Ümid edirəm ki, orada da böyük neft ehtiyatını aşkar edəcəyik. SOCAR-ın təkbaşına iştirak etdiyi “Ümid”-“Babək” layihələrində də işlər plan üzrə gedir. Bu da çox perspektivli layihələrdir və bizim planımızda bu layihənin investisiya tutumunu, hasilatı artırmaq var. Çünki yenə də deyirəm, daxili tələbat üçün bizə daim enerji resursları lazımdır və ixrac potensialımız da təmin ediləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
07:20 Şahdəniz yatağında milyonluq pozuntu - Dövlət Neft Fonduna pul köçürülmədi Keçən il yalnız 2 yataq - Azəri-Çıraq-Günəşli yatağı (104%) və Binəqədi yataqlar bloku (103%)üzrə illik hasilat proqnozu yerinə yetirilib. Bu, Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə rəyində əksini tapıb. Sənəddə qeyd edilib ki,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az