t s

» » Qarabağın qaytarılması tam qətiləşmişdi, ancaq... - Politoloq gizli sənədin DETALLARINI AÇDI

Qarabağın qaytarılması tam qətiləşmişdi, ancaq... - Politoloq gizli sənədin DETALLARINI AÇDI

18-09-2020, 16:59 Yazar:  Samir Baxılıb: 119 Çap et
Qarabağın qaytarılması tam qətiləşmişdi, ancaq... - Politoloq gizli sənədin DETALLARINI AÇDI
Ermənistanda “Milli Demokratik Təşəbbüs Qrupu” işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması haqqında sənədin mövcud olub-olmaması ilə bağlı hökumətə müraciət ünvanlayıb. Sənəddə iki mühüm məsələ yer alır: birincisi, Laçın dəhlizi istisna olmaqla Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır; ikincisi, hərbi qüvvələrini bu ərazilərdən çıxaracağı halda Ermənistana 5 milyard dollar yardım ayrılmalıdır.

Mediaxeberleri.az xəbər verir ki, mövzunu Publika.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, bu razılaşma Kazan prinsipləri də adlanır və ona qədər Sankt-Peterburqda bununla bağlı müəyyən fikirlər irəli sürülüb: “ABŞ-ın Ki-Uest şəhərində Corc Buşun vasitəçiliyi ilə danışıqlar aparılmışdı. Oradakı prinsiplər Madrid prinsiplərinə uyğun gəlirdi. ABŞ birinci mərhələ kimi tələb edirdi ki, Dağlıq Qarabağın hüdudlarından kənardakı bütün erməni qoşunları çıxarılmalı və torpaqlar Azərbaycana qaytarılmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusu və Laçın dəhlizi məsələsi müzakirə olunmalı idi. Laçın dəhlizi məsələsi müzakirə olundu və uzunmüddətli Ermənistana icarəyə verilməli idi. Həmin icarəyə görə, Ermənistan Azərbaycana təzminat ödəməli və oradan ticari yol kimi istifadəyə hər iki ölkənin birgə formalaşdırdığı komissiya rəhbərlik etməli idi. 7 rayondan qoşunların çıxarılması məsələsi isə tam qətiləşmişdi. Çünki o zaman Ermənistana beynəlxalq təzyiq çox güclü idi və işğalçı ölkə olması ilə təhdid olunurdu. Rusiya demək olar ki, ermənilərə sahib çıxmırdı”.

Q.Hüseynli qeyd edib ki, sonradan bu qərarı Sərkisyan hökuməti əhaliyə elan etməyib və o, uzun illər danışıqların nəticəsi kimi bu əməli ilə proseslərin üstündən xətt çəkib: “Azərbaycan tərəfi bütövlükdə Dağlıq Qarabağ daxil olmaqla torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsi müqabilində Ermənistana müəyyən məbləğdə ödəniş edəcəkdi. O zaman təzminatın miqdarı razılaşdırılmamışdı və danışıqlar gedirdi. Bundan əlavə, dağıdılmış kəndlərin, evlərin, əmlakların, təsərrüfatın bərpası və rekonstruksiyası, torpaqların rekultivasiyası üçün beynəlxalq təşkilatların (Beynəlxalq Valyuta Fondu), o cümlədən Dünya Bankının yardım etməsi gözlənilirdi. S.Sərkisyana daxildən böyük təzyiq var idi və o qorxdu. Sonradan isə bəhanələr gətirərək əldə edilən razılaşmanı pozmağa başladılar və buna nail oldular. Ermənilərin destruktiv fəaliyyəti nəticəsində razılaşmaya əməl olunmadı.


5 milyard dollara gəlincə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacağı təqdirdə maliyyə yardımı ödəməyə hazır idik. Həmsədr ölkələr, beynəlxalq təşkilatlar və Dünya Bankı bu məbləği ödəməyi öz üzərinə götürmüşdü. Buna “Böyük sülh sazişi” deyirdilər. Bu müqavilə imzalandıqda regionun bərpası və canlandırılması istiqamətində beynəlxalq maliyyə yardımları başlayacaqdı”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az