t s

» » “Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist

“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist

18-09-2020, 13:17 Yazar:  Samir Baxılıb: 81 Çap et
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artistAzərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (Üzeyir musiqi günü) kimi təntənə ilə qeyd edilir.
Mədəniyyət tariximizin bu əlamətdar günündə Mediaxeberleri.az-a danışan tanınmış bəstəkar-müğənni Elza Seyidcahan bu günü pandemiyaya görə təntənəli şəkildə qeyd edə bilməsə də, Fəxri Xiyabana baş çəkəcəyini deyib:

“Milli Musiqi Günü deyəndə əlbəttə ki, ilk olaraq ağlımıza Üzeyir Hacıbəyov gəlir. Azərbaycanın musiqisi hazırda məni qane edir, söhbət peşəkar musiqidən gedir. Hazırda Dövlət Konservatoriyasında peşəkar bəstəkarları var. Bəstəkarlar İttifaqında gənc, peşəkar kadrlar var, İttifaqın sədri, dünya şöhrətli Firəngiz Əlizadə, bizlər varıq. Mən bu gün ara musiqilərindən danışmaq belə istəmirəm. Hər zaman ara musiqiləri olub, amma təki bu gün dahilərimizin – Qara Qarayevin, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Asəf Zeynallının, Müslüm Maqomayevin ruhları şad olsun. Biz xoşbəxt xalqıq ki, belə bəstəkarlarımız olub. Bu il pandemiya olduğu üçün biz Dövlət Konservatoriyasının qarşısında yığışa bilmədik, amma Ü.Hacıbəyovun ruhunun qarşısında baş əyirik. Yəqin ki, Fəxri Xiyabana baş çəkib dahi bəstəkarların məzarlarının üstünə əklil qoyacağıq”.

Əməkdar artist bu gün bəzi müğənnilərin musiqi savadının olmamasından gileylənib:

“Əgər müğənni peşəkar musiqiçidirsə, bayağı deyilsə, o mütləq Üzeyir Hacıbəyovun repertuarına müraciət edəcək. Amma demək olmaz ki, bu gün müğənnilərin hamısı ali təhsil ocağından gəlib. Çoxsunun musiqi savadı yoxdur. Elə müğənni tanıyıram ki, Xalq artistidir, musiqi savadı yoxdur, amma İncəsənət Universitetində dərs deyir. Görün o nə qədər tələbənin evini yıxır. Pulla diplom alıb, not bilmir, belə müğənnilər var. Bax, bu bizim faciəmizdir, onları araşdırmaq lazımdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:41 Özbək müğənnisi Müslüm Maqomayevin 75 illiyi ilə bağlı Daşkənddən Moskvaya velosiped yürüşünə başlayıb Özbək müğənnisi Xursənd Şerov Azərbaycanın və SSRİ-nin Xalq Artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 75 illiyi ilə bağlı Daşkənddən Moskvaya velosiped yürüşünə başlayıb. Bu münasibətlə Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Rus Mədəniyyət
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın
01:21 Broylerə məğlub olan “Cücələrim" - ARAŞDIRMA Bəstəkarlar uşaq musiqisi bəstələməyə niyə normal şeir tapa bilmirlər? Gəlin, ən məşhur uşaq mahnılarından bir neçəsini xatırlayaq: məsələn, mənim ağlıma ilk gələn məşhur “Cücələrim” oldu. Daha sonra “Kukla”, “Oynaq topum”, “Kim sevirsə idmanı”, “Mən baharın qızıyam” və s. Son illərdə uşaq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az