t s

» » "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

16-09-2020, 23:53 Yazar:  Samir Baxılıb: 60 Çap et
"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşır. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq və ən azı Avropa Liqasının qrupuna vəsiqəni təmin edəcək. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA bu müraciəti təmin edərək görüşün Kiprdə keçirilməsinə qərar vermişdi.

16 sentyabr

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (5:6)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"

"Molde" 102-ci dəqiqədə penaltidən fərqlənə bilməyib. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev penaltini dəf edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:54 “Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq. Mediaxeberleri.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena”da stadionunda olacaq. Bu oyunun
07:37 UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları keçirilib UEFA Çempionlar Liqasının play-off mərhələsinin bütün iştirakçıları məlum olub. Mediaxeberleri.az xəbər verir ki, “Qarabağ” - APOEL (Kipr) oyunu ilə yanaşı, üçüncü təsnifat mərhələsinin daha 9 cavab matçı keçirilib. UEFA Çempionlar Liqası: “Rusenborq” (Norveç) – “Maribor” (Sloveniya) - 3:1 - ilk
07:01 “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb. Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan çempionu 5-ci dəqiqədə erkən qola imza atsa da, sona qədər üstünlüyünü qoruya bilməyib.
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
19:33 Azərbaycan Kubokunun püşkü atıldı Futbol üzrə Azərbaycan Kubokunun 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Trend-in məlumatına görə, 18 komandanın iştirakı ilə baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az