t s

» » “Azərbaycan tarixi” dərsliyinin müəlliflərinin “Arsak” toponimi barədə AÇIQLAMASI

“Azərbaycan tarixi” dərsliyinin müəlliflərinin “Arsak” toponimi barədə AÇIQLAMASI

16-09-2020, 19:39 Yazar:  Samir Baxılıb: 96 Çap et
“Azərbaycan tarixi” dərsliyinin müəlliflərinin “Arsak” toponimi barədə AÇIQLAMASI
“Sosial şəbəkələrdə 7-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyindəki xəritələrdə “Arsak” yer adının erməni toponimi kimi verilməsinin tənqidi əsassız iddiadır. Bu dərslik 2018-ci ilin nəşridir və müəllifləri akademik Yaqub Mahmudov, Qabil Əliyev, Leyla Hüseynova, Sabir Ağayev, Sevil Bəhramova və Həcər Alışovadır".

Dərslik müəllifləri tərəfindən Oxu.Az-a verilən açıqlamada bildirilir ki, dərsliyin 8-ci səhifəsində “Azərbaycan VI-VII əsrlərdə”; 14-cü səhifəsində “Albaniya VII əsrdə”; 17-ci səhifəsində “Azərbaycan ərəb xilafətinin tərkibində” adlı xəritələrində indiki Qarabağ ərazisi “Arsak” adı ilə verilib.

“Belə ki, həmin dərsliyin 8-ci səhifəsində belə bir məlumat verilib: “Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda* (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. *Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb «Artsax» kimi təqdim edirlər”, - kitab müəllifləri bildirib.

Aşıqlamada qeyd olunur ki, Azərbaycan ərazisinin qərbində aran və dağlıq Qarabağ bölgəsində sak tayfalarının məskunlaşma arealı geniş olduğundan qədimdən bu günə qədər “Ərsak” və ya “Arsak” toponimi daha çox işlənilib və yazılı mənbələrdə əks olunub.

“Bu barədə görkəmli tarixçilərimizdən Əbdürrəşid Bakuvinin, Rəşid bəy İsmayılovun, Mirəli Seyidovun, Ziya Bünyadovun, Rəmzi Yüzbaşovun, Qiyasəddin Qeybullayevin və başqalarının əsərlərində ətraflı məlumatlar verilib. Qarabağın aran və dağlıq hissəsində sak tayfaları uzunmüddətli məskunlaşma və yerli tayfalarla qaynayıb-qarışma formasına üstünlük verdiklərindən, bu yerlərin bir sıra sinonim toponimləri meydana gəlib. Məsələn, sakasinlər (sakabənzərlər) Mil düzündən Qarabağ dağlıq silsiləsinə və yaylasına qədər ərazilərdə yaşayıb və müxtəlif yer adları onlarla bağlı olub. Və yaxud, şişparaq saklar Urmiya gölünün şimalına qədər olan ərazilərdə məskunlaşıblar və eyni hal orada da təkrarlanıb. Beləliklə, həm Qarabağ, həm də də Arsak sözləri türk mənşəlidir.

Ermənilər böyük bağ mənasını verən Qarabağ (“qara” böyük, “bağ” isə bağ) sözünü erməniləşdirə bilmədiklərindən “Arsak” sözünə “t” hərfi əlavə edərək saxtalaşdırıblar və onun formasını dəyişib “Artsax” kimi təqdim edirlər. Sonda bir daha vurğulayırıq ki, “Ərsak” türk mənşəli sözdür. Eramızdan əvvəl 7-ci əsrdən sonra Kür və Araz çayları arasında Sak çarlığı var idi ki, bu da bizim indiki Qarabağın ərazisində olub. “Ar” sözünün mənası da “ər, igid" deməkdir”, - deyə dərslik müəllifləri bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:35 Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər Məhərrəm Məmmədovun şəhadətindən 27 il ötür. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur.
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az