t s

» » Övladlığa uşaq götürən MƏŞHURLARIMIZ

Övladlığa uşaq götürən MƏŞHURLARIMIZ

16-09-2020, 17:36 Yazar:  Samir Baxılıb: 80 Çap et
Övladlığa uşaq götürən MƏŞHURLARIMIZBir çox xarici məşhurlar çətin həyat şəraiti olan körpələri övladlığa götürərək onlara daha yaxşı həyat verməyə çalışır. Buna Ancelina Coli, Madonna, Nikol Kidman kimi dünya ulduzlarını misal göstərmək olar.

Azərbaycanda da ailə qurmayan, ailə qurub övladı olmayan və oğul-qız sahibi olsa da, övladlığa uşaq götürən tanınmışlar var.

Mediaxeberleri.az bu mövzuyla bağlı araşdırmanı təqdim edir:

Xərçəngə tutulduğu deyilən Xalq artisti Nisə Qasımova heç vaxt ailə qurmayıb. Qardaşı cavan rəhmətə getdiyindən Nisə xanım onun oğlu Fətullanı iki yaşından övladlığa götürüb.

Xalq artisti Flora Kərimovanın Zümrüd Şəfiyeva adlı qızı və övladlığa götürdüyü Oqtay adlı bir oğlu var.

Xalq artisti Firəngiz Mütəllimova ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran aktrisa bu evliliyə öz istəyi ilə son qoyub, onların övladları olmayıb. Onun sosial şəbəkələrdə “qızım” deyə təqdim etdiyi gənc xanım isə Gülarə adlı bacısı qızıdır. “Gülarə bacımın qızıdır. Amma həmişə deyirəm ki, mənim övladımdır. Onun balam kimi çox istəyirəm. Ona görə də həmişə öz qızım kimi təqdim edirəm” – deyə sənətçi açıqlamalarının birində bildirib.

Müğənni Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Övladlığa götürdüyü böyük qızı Natəvan 26 yaşındadır. Onun 6 yaşında övladı var. Corc və Jerar Qafarovlar qardaşdırlar.

Müğənni Mənzurə Musayeva ailə həyatı qursa da, övladı olmayıb. O, qardaşı qızını övladlığa götürüb.

Müğənni Fədayə Laçın da övladlığa uşaq götürən məşhurlar arasındadır. Bu haqda sənətçi illər əvvəl verilişlərin birində məlumat vermişdi: “Adı Ayxandır, 21 yaşı var. İnsan yaxşılıq edəndə istəməz ki, dilə gətirsin. Amma bu söhbət artıq açılıb. Son vaxtlar deyirəm, iki övladım var. Onun valideynləri qohumlardandır. Ayxan 3 yaşından oğlumla dostluq edib. Valideynləri Ayxan 6-cı sinifdə oxuyanda dünyasını dəyişiblər. Ondan sonra mən onu himayəmə almışam. Amma sənədləşdirməmişəm, sənədsiz olsa belə oğlumun qardaşıdır. Uşağın bibisi, xalası var. Amma deyir ki, anamın qoxusunu səndən alıram”.

Müğənni Niyam Salaminin 43 yaşı var. Niyam bir dəfə ailə qursa da, övladı yoxdur. O, qardaşı oğlu və bacısı qızını övladlığa götürdüyünü deyib: “Babamın adını daşıyan qardaşım oğlu ilə, bacım qızını övladlığa götürmüşəm. Bacı-qardaşlarımdan icazə almışam onları götürüb saxlayıram. Mənim üçün fərqi yoxdur ya öz övladlarım, ya qardaş-bacımın. Universitetlərinə kimi oxutdurub, evləndirib evimdə saxlayacam”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:43 Gülnarə İsrafil: İçimdə ölənlər Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az