t s

» » “Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq

“Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq

16-09-2020, 08:54 Yazar:  Samir Baxılıb: 40 Çap et
“Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq
Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.

Mediaxeberleri.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena”da stadionunda olacaq.

Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Scran Yovanoviç olacaq.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.

“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:00 “Qarabağ” “Şerif”ə qarşı: Oyun başladı - YENİLƏNİB UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyunu start götürüb. Oxu.Az-ın Tofiq Bəhramov adına Respublika Stadionunda olan müxbiri xəbər verir ki, görüşdə hesab açılmayıb. 19:00 Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirəcək.
07:37 UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları keçirilib UEFA Çempionlar Liqasının play-off mərhələsinin bütün iştirakçıları məlum olub. Mediaxeberleri.az xəbər verir ki, “Qarabağ” - APOEL (Kipr) oyunu ilə yanaşı, üçüncü təsnifat mərhələsinin daha 9 cavab matçı keçirilib. UEFA Çempionlar Liqası: “Rusenborq” (Norveç) – “Maribor” (Sloveniya) - 3:1 - ilk
07:01 “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb. Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan çempionu 5-ci dəqiqədə erkən qola imza atsa da, sona qədər üstünlüyünü qoruya bilməyib.
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
19:33 Azərbaycan Kubokunun püşkü atıldı Futbol üzrə Azərbaycan Kubokunun 2016/2017-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Trend-in məlumatına görə, 18 komandanın iştirakı ilə baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az