t s

» » Qapıda hərarətin ölçülməsi xəstəlikdən qorumur - Alimlərdən araşdırma

Qapıda hərarətin ölçülməsi xəstəlikdən qorumur - Alimlərdən araşdırma

16-09-2020, 08:32 Yazar:  Samir Baxılıb: 43 Çap et
Qapıda hərarətin ölçülməsi xəstəlikdən qorumur - Alimlərdən araşdırma
Amerikalı alimlər araşdırmalardan sonra koronavirus pandemiyası ilə birlikdə meydana çıxan və restoran, məktəb, xəstəxana, ticarət mərkəzlərinin qarşısında rituala çevrilmiş hərarəti ölçmə fəaliyyətinin xəstəlikdən qorunmağa kömək etmədiyini bildiriblər.

Mediaxeberleri.az
xəbər verir ki, temperatur ölçmə əksər ölkələrdə idman zallarından tutmuş mağazalaradək bir çox yerdə gündəlik həyatın bir hissəsinə çevrilib. Alimlər isə hərarət ölçmənin xəstəliyi ağır simptomlarla keçirən şəxsləri müəyyən etdiyini, ancaq simptomsuz və ya xəstəliyin ilk mərhələsində olan pasiyentləri aşkara çıxarmadığını, belə olan halda isə restoran və ticarət mərkəzlərində qeyri-real təhlükəsizlik hissi yaratdığını açıqlayıblar. Onlar hətta bunu mənasız proses adlandıraraq məkanların giriş nöqtələrində temperatur ölçülməsini “teatrdan başqa bir şey olmadığını” bildiriblər.

Onların fikrincə, koronavirus bar, restoran, ticarət mərkəzləri kimi insanların kütləvi toplaşdığı yerlərdə qızdırma və öskürək kimi simptomları olmayanlar tərəfindən yayılır.

Digər tərəfdən tədqiqatçıların fikrincə, qapı ağzında temperatur ölçülməsi saxta təhlükəsizlik təsəvvürü yaradır.

Qeyd edək ki, may ayından etibarən ABŞ-da işverənlərə işçilərin hər gün hərarətinin ölçülməsi ilə bağlı tövsiyələr geri götürülüb. Bundan başqa, ABŞ-a gələn beynəlxalq səyahətçilərin 14 sentyabrdan etibarən hava limanlarında temperaturu ölçülmür. /Qafqazinfo




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:53 Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRAR Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az