t s

» » Emin Əmrullayev Qazaxda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

Emin Əmrullayev Qazaxda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

16-09-2020, 08:24 Yazar:  Samir Baxılıb: 72 Çap et
Emin Əmrullayev Qazaxda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub
2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdə davam edir. Öz fəaliyyətində təhsil sahəsini, bu sahənin inkişafını prioritet götürən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” layihələri ölkəmizdə təhsilin inkişafında mühüm rol oynayır. Məhz bu layihələr çərçivəsində ölkəmizin hər yerində çoxsaylı yeni məktəb binaları, körpələr evi-uşaq bağçaları inşa olunur.
Sevindirici haldır ki, respublikamızın hər yerində olduğu kimi, Qazaxlı məktəblilər də Mehriban xanımın diqqət və qayğısını hər an hiss edirlər. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda bir məktəb üçün yeni binanın tikilməsi, digər bir məktəbin isə əsaslı şəkildə yenidən qurulması bu dediklərimizin əyani göstəricisidir. Həmin məktəblərdən biri Sarıvəlli kənd tam orta məktəbidir ki, bu məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur. Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir ki, artıq həmin məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq 15 sentyabr - Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilib.
Bu gün Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və digər qonaqlar Fond tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olublar.
Təhsil naziri və qonaqlar əvvəlcə şəhərin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Sonra Təhsil naziri və qonaqlar Kosalar kəndinə gələrək yenidən qurulan məktəbdə müəllim və şagirdlər üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev qonaqları rayon rəhbərliyinin adından bir daha salamlayaraq son illər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlərin Qazaxda da uğurla icra olunduğunu bildirib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını bunun əyani sübutu kimi qeyd edib. Qazaxda Təhsil Nazirliyi tərəfindən daha bir məktəbin - Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün də 180 şagird yerlik yeni binanın inşa olunduğunu diqqətə çatdırıb, Həmçinin, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanan 5 mart, daha sonra məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı imzalanmış Sərəncama dəyişiklik edilərək sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən məktəb-lisey üçün də yeni binanın inşa ediləcəyini vurğulayıb. Qazax təhsilinə və gələcəyimiz olan uşaqlara olan yüksək dövlət qayğısına görə qazaxlılar, ziyalılar adından ölkə başçısına və Birinci vitse-prezidentə sonsuz təşəkkürlərini ifadə edib.
Məktəbin direktoru Samir Hüseynov Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar məktəbinin əsaslı şəkildə yenidən qurulmasını müəllim və şagirdlərin bu gün də böyük razılıq hissi ilə qarşıladıqlarını söyləyib. Mehriban xanımın təhsil sahəsinə olan qayğısını yüksək qiymətləndirən məktəb direktoru bütün kənd sakinləri, məktəbin müəllim-şagird kollektivi, eləcə də valideynlər adından Mehriban xanıma və Heydər Əliyev Fondunun əməkdaşlarına dərin minnətdarlığını bildirib. Məktəbin tikintisini uğurla həyata keçirən şirkət rəhbərliyi başda olmaqla, tikintidə əməyi keçən, öz işlərinin öhdəsindən layiqincə gələn bütün işçilərə sonsuz təşəkkürünü çatdırıb.
Məlumat üçün qeyd edək ki, əsaslı təmirinə ötən il iyul ayının ortalarından başlanılan məktəbin ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.
Məktəbin həyətində girişdə sağ tərəfdə Vətən uğrunda canından keçən Kosalar kəndindən olan şəhidlərimizin xatirəsini əbədiləşdirən abidə yerləşir ki, burada şəhidlərin şəkli əks olunmuş lövhə vurulub. Sol tərəfdə isə Xalq yazıçısı İsmayıl Şıxlının büstü qoyulacaq.
Birinci korpusun birinci mərtəbəsində bir-birindən gözəl guşlər göz oxşayır. Sol tərəfdə ulu öndər Heydər Əliyevin uşaqlara olan qayğısını və qiymətli sözlərini əks etdirən guşə ilk andan diqqəti cəlb edir. Sağ tərəfdə Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezdent Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara göstərdikləri diqqət və qayğını özündə əks etdirən guşə yer alır. Bundan əlavə, Dövlət rəmzlərimiz haqqında məlumat lövhəsi vurulub. Məktəbdə bu gün adını daşıdığı Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığını, yazmış olduğu əsərlərin adlarını özündə əks etdirən guşəyə də yer ayrılıb.
Birinci mərtəbədə 10 sinif otağı, kimya və laboratoriya otağı, hərbi sinif otağı, qarderob yerləşir. İkinci mərtəbədə sinif otağlarının sayı 8-dir. Burada fizika və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir. Qeyd edək ki, hər mərtəbədə müəllim və şagirdlər üçün ayrıca sanitar qovşaq var.
İkinci korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə otağı (duş otağı), oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı, xarici dil müəllimlərinin otağı, arxiv yerləşir. Həmçinin, məktəb binası daimi isti və soyuq su, elektrik və istilik sistemi ilə təmin edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb.
Məktəbin arxa tərəfində iki böyük idman meydançası diqqəti cəlb edir. Müasir standartlara cavab verən yeni məktəbdə futbol və basketbol meydançası yaradılıb. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq arxa hissədə məktəbin həyətində əlavə olaraq güləş zalı da tikilib. Bundan başqa, məktəb binasının arxa hissəsində hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, 1 ədəd içməli su hovuzu, nasosxana, qazanxana və sanitar qovşaqları da inşa edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub.
Yeni məktəbdə 608 nəfər şagird təhsil alacaq ki, onların təlim-tərbiyəsi ilə 59 nəfər müəllim məşğul olacaq. 20 nəfər texniki işçi çalışacaq. Sinif komplektinin sayı 27-dir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az