t s

» » Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ

Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ

15-09-2020, 15:47 Yazar:  Samir Baxılıb: 56 Çap et
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQAvropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında (ABŞ) COVID-19-a yoluxma hallarının müqayisəli statistikası aparılıb.

Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı "Report"a danışan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev yaxın bir neçə gün ərzində Avropada koronavirusa yoluxma sayının ABŞ-dakı yoluxma sayını keçəcəyinin anonsunu verib.

O, son günlər virusun ölkələrdə yayılması ilə bağlı aparılan statistikaya əsasən bu qənaətə gəlindiyini bildirib:

"Elmi tədqiqatlara əsasən, hazırda virusla bağlı müəyyən ölkələrdə sabitlik, bəzi ölkələrdə isə yoluxma sayında artım müşahidə olunur. Bunun da səbəbləri mütəxəssislər tərəfindən müəyyənləşdirilib. Bu səbəblərdən biri son günlər yoluxma sayının artdığı ölkələrdə sərt karantin rejimindən çıxış zamanı, yəni yumşalmalar vaxtı virus daşıyıcıları olan qalıq xəstələrin nəzərə alınmamasıdır".

Tibb elmləri doktoru yumşalmalar zamanı virusun genişlənməsinə və yoluxma hallarının artmasına təsir edən digər amillərdən də danışıb. Onun sözlərinə görə, son günlər aparılan elmi tədqiqatlardan biri onu göstərir ki, restoran və kafelərə getmək virusun yayılma riskini 2 dəfə artırır:

"Həmin tədqiqata əsasən, hətta açıq havada fəaliyyət göstərən restoran və kafelər də virusun yayılmasında mühüm rol oynayır və ona görə də burada müştərilər risk qrupuna daxildirlər".

Azərbaycanlı alim kafe, restoran və çayxanaları ziyarət edən müştərilərə müraciət edib:

"Hər kəs bilməlidir ki, restoran və kafelərə getmək yoluxma sayını artıra bilər. Ona görə də düşünürəm ki, kafe və restoranları ziyarət etmək kütləvi yoluxma hallarının artımına səbəb olan faktor kimi dəyərləndirilməli və bu istiqamətdə də ictimai iaşə müəssisələrinə xüsusi tapşırıqlar verilməlidir. İnsanlar da maksimum dərəcədə ictimai iaşə müəssisələrini ziyarət etməkdən çəkinməlidirlər. Belə olduğu halda virusla mübarizə öz müsbət nəticəsini verər".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:49 Xalqımızı COVID-19 ölümlərindən bu peyvənd qoruya bilər - Azərbaycanlı alimdən CİDDİ ELMİ İDDİA “Koronavirusun bir çox insanda gizli şəkildə - simptomları ağır şəkildə üzə çıxmadan yayılması bu infeksiya ilə mübarizəni çətinləşdirir. Eləcə də, ölkələrin həmin xəstələri tapmasına mane olur ki, bu amil virusun sürətlə yayılmasına səbəb olur. Buna görə də bir çox elm adamlarının bütün ölkələr
11:35 İsti hava həqiqətən Covid-19-u öldürəcəkmi? – BBC radiosunun araşdırması Bəzi insanlar ümid edirlər ki, koronavirusun yayılması temperaturun artması ilə dayanacaq, lakin pandemiyalar çox vaxt özünü mövsümi xəstəliklər kimi aparmır. BBC Future bu barədə bildiklərimizə nəzər salır. Bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq,
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
17:03 Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb Xeyli müddətdir Almaniyada yaşayıb çalışan həmyerlimiz, Köln Universiteti Klinikasının aparıcı əməkdaşı, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev növbəti elmi uğura imza atıb. Oktyabrın 9-da Almaniya və Avstriya Neyroradiologiya
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az