t s

» » Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş?

Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş?

15-09-2020, 15:14 Yazar:  Samir Baxılıb: 60 Çap et
Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş?“Karqo Şamil” ləqəbli iş adamı Şamil Heydərov AMEA prezidenti Ramiz Mehdiyevlə yaxın şəriklik münasibətlərinə malikdir. Şamil Heydərovun iş adamı kimi yüksəlməsində Prezident Adminstrasiyasının keçmiş rəhbərinin böyük rolu olub”.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdə daxil olub. Mənbə iddia edir ki, Şamil Heydərovun şirkətinə məxsus ümumilikdə 27 hektardan ibarət olan Lökbatanda yerləşən “Cənub Qapısı” yaşayış kompleksi iş adamı ilə Ramiz Mehdiyevin ortaq şərikliyi ilə tikilib. Bir qədər də dəqiqləşdirsək, kompleksin tikildiyi 27 hektar ərazinin 22 hektarı keçmiş Adminstrasiya rəhbərinin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilib: “Bu ərazi zamanında Şirin adlı iş adamından müxtəlif yollarla çox aşağı qiymətə alınıb və Mehdiyevin həyat yoldaşının adına keçirilib”-deyə, mənbə iddia edir.

İddialara görə, bu yaşayış kompleksindəki mənzillər Ramiz Mehdiyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin planına salınıb və dövlət layihəsi əsasında oraya Qarabağ Əlilləri və Şəhid ailələri köçürülüb: “Bu zaman da mənzillər real dəyərindən dəfələrlə baha qiymətə dövlət orqanına satılıb”.

İddialara görə, bu proses zamanı o zamankı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla müavini arasında hədiyyəlik saat qalmaqalı da yaşanıb.

Səslənən ittihamlarla bağlı Editor.az-ın əməkdaşı iş adamı Şamil Heydərovun vəkili Ceyhun Yusifovla əlaqə saxlayıb. Vəkil “Karqo Şamil” ləqəbli iş adamı ilə Ramiz Mehdiyevin şərikliyi ilə bağlı iddiaları təkzib edib: “Tamamilə yalan və uydurmadır. Şamil Heydərov gör nə vaxtdan Şamil Heydərovdur… O, 5 min nəfərə iş yeri verir. Biz öz sahibkarımızı qorumalı, şər böhtandan uzaq tutmalıyıq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:27 Ramiz Mehdiyevin biznes imperiyası - ŞOK SİYAHI Azərbaycanda “Boz kardinal” deyəndə ilk ağla gələn kim olur? Haqlısınız. Ramiz Mehdiyev. O, uzun illər Prezident Administrasiyasının rəhbəri olub. İndi isə filosof-akademik Milli Elmlər Akademiyasına başçılıq edir. Ramiz Mehdiyev hakimiyyətdə olduğu illərdə az sərvət toplamayıb. 82 yaşlı akademik
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:50 Qazax rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində İnkişaf və tərəqqinin dəyişməz ünvanlarına çevrilən Qazax rayonu ölkənin səmərəli regional iqtisadi siyasətinə öz töhfələrini verməkdə davam etməkdədir. Regionların sosial-iqtisadi inkişafına, onların əhəmiyyətli istehsal gücünə, təminat qabiliyyətli iqtisadiyyata və digər amillərin vəhdətindən
15:04 Əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artır Bu gün tam əminliklə deyə bilərik ki, müharibə şəraiti davam etsə də Azərbaycan qüdrətli dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulmuşdur. Bu gün müstəqil Azərbaycan
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az