t s

» » “Naxçıvanda PDM təlimi zamanı kəşfiyyatçı zabitin erməni olduğu bilindi...”

“Naxçıvanda PDM təlimi zamanı kəşfiyyatçı zabitin erməni olduğu bilindi...”

14-09-2020, 23:10 Yazar:  Samir Baxılıb: 72 Çap et
“Naxçıvanda PDM təlimi zamanı kəşfiyyatçı zabitin erməni olduğu bilindi...”
Azərbaycanda hələ XX əsrin ortalarından-sovet dövründən bəri terrorçu “Daşnaksütyun” partiyasının xüsusi fəallığıyla Azərbaycan ad-soyadlı ermənilərin respublikamızın müxtəlif hökumət strukturlarında yerləşdirilməsi artıq sirr deyil... Bu yaxınlarda Müdafiə naziri Zakir Həsənov da gənclərlə görüşündə bu gün ölkədə azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilərin olduğunu bildirib. Nazir onların əsas məqsədinin Azərbaycan gənclərində Vətənə, dövlətə qarşı mənfi rəy formalaşdırmaq olduğunu vurğulayıb... Sözsüz ki, “azərbaycanlı” maskasına girmiş belə düşmənlər Azərbaycan Silahlı Qüvvələrinə də nüfuz etməyə, müxtəlif təxribatlar törətməyə çalışırlar...

Mediaxeberleri.az
xəbər verir ki, tanınmış Qarabağ qazisi, ehtiyatda olan kəşfiyyatçı polkovnik Azay Kərimov Moderator.az-a açıqlamasında hələ 1990-cı illərdə bir erməninin Milli Orduda azərbaycanlı adı ilə zabit kimi xidmət etməsinin şahidi olmasından danışıb.

“1994-cü il idi... Naxçıvanda əlahiddə kəşfiyyat taborunun komandir müavini vəzifəsində xidmət edirdim... Həmin tabor Naxçıvan şəhərinin mərkəzində - hazırkı Heydər Əliyev bulağından arxa tərəfdə dəmir yol vağzalının yaxınlığında yerləşirdi. O taborun komandiri hazırda dövlət orqanlarından çalışır, yəqin ki, o da, o vaxt Naxçıvanda xidmət etmiş digər yaxından tanıdığım həmkarlarım da dediyim faktı təsdiqləyər...

Xülasə, taborumuzda bir baş leytenant var idi, tağım komandiri idi. Biz hamımız onu təmiz azərbaycanlı kimi tanıyırdıq. Azərbaycan dilində də təmiz danışırdı... Bir dəfə PDM-lərin idarə olunması üzrə növbəti hərbi təlim zamanı o sürücü kimi əyləşdiyi Piyadaların Döyüş Maşınını aşırdı və öldü. Baş leytenantın meyitinə baxış və müvafiq qurumlar tərəfindən sənədlərinin dəqiq araşdırılması zamanı məlum oldu ki, onun atası da, anası da erməni imiş...

Təsəvvür edin, Naxçıvan kimi strateji ərazidə, əlahiddə kəşfiyyat taborunda tağım komandiri erməni olub... Xidmət etdiyi müddət ərzində ordumuzun hansı sirlərini Ermənistana ötürüb, hansı təxribatları törədib- Allah bilir...

Qarabağ döyüşlərində də iştirak etmiş bir peşəkar hərbçi kimi sözüm ondadır ki, indiki mürəkkəb vəziyyətdə- torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibəyə hazırlaşdığımız bir vaxtda nəinki hər bir hərbçimiz, əsgər və zabitimiz, eləcə də mülki vətəndaşlarımız, xüsusən Qarabağda- cəbhə xəttində və Ermənistanla sərhəddə yaşayan sakinlər maksimum ehtiyatlı, ayıq-sayıq olmalıdır... Xain və məkrli düşmən hər cür təxribat və diversiyaya əl ata bilər...”-deyə kəşfiyyatçı polkovnik vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az