t s

» » Miqrenin qarşısını almağın YOLLARI

Miqrenin qarşısını almağın YOLLARI

14-09-2020, 12:12 Yazar:  Samir Baxılıb: 48 Çap et
Miqrenin qarşısını almağın YOLLARIMiqren insanlıq tarixi boyunca mövcud olan sağlamlıq problemlərindən biridir. Miqren hər toplumda, hər yerdə, hər yaşda yaranan narahatlıqdır. Miqrenə daha çox qadınlarda rast gəlinir. Aparılan araşdırmalara görə, hər beş qadından, hər on kişidən birində miqren var.

Mediaxeberleri.az xəbər verir ki, bunu Türkiyədən olan nevroloq, professor Sabahattin Saip yerli mediaya açıqlamasında deyib.

Miqrenin tutmalarla müşahidə edilən bir narahatlıq olduğunu deyən mütəxəssis tutmaların bəzi ətraf mühit amilləri və qidalardan qaynaqlandığını açıqlayıb. Ona görə də miqren xəstələri daha çox təsir edəici amillərdən uzaq olmalı, nizamlı həyat tərzi keçirməli, vaxtında qidalanmalı, yemək vaxtlarını təxirə salmamalı, yuxusuz qalmamalıdırlar. Eyni zamanda artıq stresə düşməmək, təsir edici qidalardan imtina etmək əsas şərtlərdən biridir.

e-tibb.az yazır ki, miqrenin dəqiq yaranma səbəbi bu günə kimi dəqiq məlum deyil. Amma ümumi olaraq genetik faktor, ətraf amillər və daxili anlıq dəyişikliklərə qarşı refleks olaraq ortaya çıxdığı qəbul olunur.

Miqrenin müalicəsi barədə danışan professor deyib ki, artıq bununla bağlı yeni dərmanlar dövriyyəyə girməkdədir. Hazırda əsas məsələ uyğun zamanda miqrendən əziyyət çəkən şəxsə fərdi olaraq dərman təyin olunmasıdır. Onun sözlərinə görə, miqrenin müalicəsində cərrahi və akupunktur müalicə metodlarına yer yoxdur. Miqren sadəcə, dərmanlar və bununla nizamlı yanaşı düzgün həyat tərzi ilə nizamlana bilər. Dərman müalicəsi təkbaşına çıxış yolu deyil. Həkim bildirib ki, özbaşına dəman qəbulu ilkin olaraq ağrıları aradan qaldırsa da, sonradan fəsadlar yarada bilər. Ayda 5-6 ədəddən çox ağrıkəsici qəbul olunmamalıdır. Belə hallar olarsa, mütləq mütəxəssisə müraciət edilməlidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
12:30 Dərmanların istifadəsi ilə bağlı bu mexanizm tətbiq ediləcək Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb. Beləliklə, 1 yanvar
22:12 Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar dəyişəcək Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmləri müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dərman vasitələrinin farmakonəzarət
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:55 Tibbimizi modern Qərb təbabətinə çatdırmağın əsas şərtləri - nədən başlamalı, nə etməli? Ölkəni dünyada tanıdan və nüfuzlu edən ən mühüm göstəricilərdən biri onun elminin səviyyəsidir. Tarix, adət-ənənə, milli mətbəx və rəqslər, idman – bunlar hamısı əlbəttə önəmlidir, lakin elm zirvədə deyilsə, digər amillərin əhəmiyyəti qat-qat azalır. Yaxud tərsinə, elm inkişaf etmişsə, digər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az