t s

» » Ağdamda kəhriz su sistemləri bərpa olunur

Ağdamda kəhriz su sistemləri bərpa olunur

13-09-2020, 11:19 Yazar:  Samir Baxılıb: 62 Çap et
Ağdamda kəhriz su sistemləri bərpa olunurBeynəlxalq Miqrasiya Təşkilatının və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonu ərazisindəki kəhrizlər bərpa edilir.

Layihəyə uyğun olaraq, dörd il ərzində səkkiz mindən çox məcburi köçkün ailəsinin sıx məskunlaşdığı səkkiz rayon və şəhərdə kəhrizlər bərpa ediləcək.

2018-2022-ci illəri əhatə edən layihə çərçivəsində Ağdam rayonu ərazisində 17 kəhrizin bərpası nəzərdə tutulub. Hazırda Əhmədağalı kəndi ərazisində yerləşən, Mirəşelli kəndinə aid “Şəmsi” və Kolqışlaq kəndinə aid olan “Çinarlı” kəhrizlərində ənənəvi üsulla bərpa işləri həyata keçirilir. Kəhriz quyuları xüsusi texnika vasitəsilə qazılır. Təmizləmə işləri aparıldıqdan sonra kəhriz quyuları və tunellərində dəmir-beton həlqələr quraşdırılır.

Layihə mühəndisi Rəvan Mehdiyev qeyd edib ki, kəhrizlərin bərpasında ilk dəfə olaraq yeni texnoloji metodologiya da tətbiq ediləcək. Belə ki, kəhriz tunelləri üfüqi qazma avadanlıqları vasitəsilə qazılacaq və dəmir-beton həlqələr deyil, plastik borular quraşdırılacaq. Kəhrizlərin üstünlükləri ondan ibarətdir ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.

Qeyd edək ki, qlobal istiləşmə və onun yaratdığı fəsadlardan olan su mənbələrinin azaldığı hazırkı dövrdə Azərbaycanın aran zonalarında su probleminin aradan qaldırılmasında kəhrizlərin bərpası mühüm əhəmiyyət kəsb edir.

Nəzərinizə çatdıraq ki, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda 1999-cu ildən kəhrizlərin bərpası ilə bağlı layihələr həyata keçirir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
23:11 Bacısı ilə cinsi əlaqədə olan oğlan - "Onun hərəkətlərindən ehtiraslandım" “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim” Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Hadisə 2012-ci ildə baş verib. Həmin ilin iyul ayında Rəvan
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az