t s

» » Qubada itən azyaşlı tapılaraq ailəsinə təhvil verildi

Qubada itən azyaşlı tapılaraq ailəsinə təhvil verildi

12-09-2020, 15:15 Yazar:  Samir Baxılıb: 68 Çap et
Qubada itən azyaşlı tapılaraq ailəsinə təhvil verildi
Qubada evinin yolunu itirən azyaşlı polislər tərəfindən heç bir zərər görmədən ailəsinə təhvil verildi.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Quba rayon ərazisində azyaşlı oğlanın tək dolaşması həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşlarının diqqətini cəlb edib. Polis əməkdaşları dərhal uşağa yaxınlaşaraq onun səhvən bura gəlməsini və evlərini tapa bilməməsini müəyyən ediblər.

Daha sonra azyaşlı Quba RPŞ-nə gətirilərək onun ailəsinin axtarışına başlanılıb. Qısa müddət ərzində uşağın Qusar rayon sakini 2016-cı il təvəllüdlü A.Q. olduğu müəyyənləşdirilib və həmin azyaşlının valideynləri tapılaraq onlara təhvil verilib. Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN və Quba RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARI Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
12:16 Saqif Qaratorpaq: "Bura Ağstafadı" Bu adi torpaq deyil, müqəddəs bir məkandı, Hər qayası bir tarix, hər daşı bir dastandı, Hər oğulu, hər qızı yenilməz bir aslandı, Əsrləri adlayıb, yarıb keçən nidadı, Bura Ağstafadı! Burda Dədə Qorqudun söhbəti var, sözü var; Burda Oğuz xaqanın ayağının izi var; Burda Bamsı Beyrəyin qatlanmayan
09:33 Qusar sakininin torpağını əlindən alıblar - GİLEY Ölkədə kiməsə məxsus mülkün və yaxud torpağın başqasının adına saxta yollarla sənədləşdirilməsi halları kifayət qədərdir. Xırdalan şəhəri, Tofiq İsmayılov küçəsi, döngə 5, ev 17-də yaşayan Kürəbəyov Bəylər Albert oğlu tərəfindən “Hürriyyət”ə göndərilən şikayət məktubu bunu bir daha təsdiq edir.
17:32 Valideynlər deputatlara müraciət etdi: Uşaq pulunu bərpa edin Bir qrup valideyn uşaq pulunun bərpası ilə bağlı parlamentə müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, Cebhe.info-ya göndərilən müraciətdə deyilir: “Bu məktubu Sizə ünvanlamağımızın səbəbi kifayət qədər səlahiyyətə sahib olmağınızdır. Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az