t s

» » Ağstafada qəzalı vəziyyətdə olan daha bir məktəb binası əsaslı təmir olunub

Ağstafada qəzalı vəziyyətdə olan daha bir məktəb binası əsaslı təmir olunub

12-09-2020, 14:12 Yazar:  Samir Baxılıb: 175 Çap et
Ağstafada qəzalı vəziyyətdə olan daha bir məktəb binası əsaslı təmir olunub
Ağstafa rayonunun Muğanlı kəndində uzun illərdir qəzalı vəziyyətdə olan məktəb binası əsaslı təmir edilib. 624 şagird yerlik yeni məktəb binası müasir avadanlıqlarla və lazımi şəraitlə təmin olunub.

Mediaxeberleri.az
xəbər verir ki, 1982-ci ildə inşa edilən məktəb binasının qəzalı olması tədrisə də mənfi təsir göstərirdi. Şəhid Füzuli Kərimovun adını daşıyan Muğanlı kənd tam orta məktəbinin binasının Prezidentin Sərəncamı ilə ötən ildən əsaslı təmirinə başlanılmışdı. Artıq bina hazırdır və keyfiyyətli təhsilin verilməsi üçün lazımi şərait yaradılıb. Yeni məktəb binasında istilik sistemi də quraşdırılıb.

Məktəbdə bu tədris ilində 359 şagird təhsil alacaq. Həmçinin 20 nəfər məktəbəhazırlıq qrupuna gedəcək. Yeni məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 49 müəllim məşğul olacaq.

Təhsil müəssisəsində müasir sinif otaqları, fizika-kimya laboratoriyaları, biologiya, texnologiya kabineti, bundan başqa idman zalı yenidən qurulub. Akt zalı müasir formada düzəldilərək, 180 yerlik oturacaqla təmin edilib. 100 şagird yerlik bufet müasir avadanlıqlarla təchiz edilib, 16 yerlik oxucu yerinə malik müasir kitabxana yaradılıb. Məktəblilər üçün futbol, voleybol, basketbol stadionları yaradılıb. Müasir qazanxana qazla təchiz edilib. Məktəbdə müşahidə kameraları da quraşdırılıb. Məktəbin yeni binasında yaradılan şəraitlə tanış olan Təhsil Nazirliyinin rəsmisi Orxan Abbasov pedaqoji kollektivin və şagirdlərin bu imkanlardan maksimum yararlanacaqlarına əminliyini ifadə edib.

O, yeni dərs ilində həm əyani, həm də distant təhsildən istifadə olunacağını bildirib. “Yeni tədris ilində bütün təhsil müəssisələrində hazırlıq işləri həyata keçirilir. Şagirdlərin valideynləri ilə iltizam sənədi imzalanacaq və onlar karantin rejimində uşaqlarının məktəbə getməsi ilə bağlı fikirlərini bildirəcəklər. Təhsil distant və əyani formada davam etdiriləcək. Övladlarının hansı formada təhsil alması isə valideynlərin ixtiyarına buraxılır”, - deyə O.Abbasov əlavə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:53 Dərslər bu formada keçiriləcək - Baş Nazirdən YENİ QƏRAR Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla
16:45 "Elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik" - Prezident İlham Əliyev Aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksi açılıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Qeyd edək ki, bu gün Prezident İlham
19:43 Bu gün Qazaxda daha bir məktəbin - Xalq şairi Səməd Vurğunun adını daşıyan 2 nömrəli tam orta məktəbin açılış mərasimi olub Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Mediaxeberleri.az xəbər verir ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
10:28 Prezident İlham Əliyevin Ağstafa rayonuna səfəri Dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə ətrafda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verdi.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az