t s

» » Tural Gəncəliyev İspaniya mətbuatında dərc edilən məqaləsində Ermənistanın təxribatlarından bəhs edib

Tural Gəncəliyev İspaniya mətbuatında dərc edilən məqaləsində Ermənistanın təxribatlarından bəhs edib

12-09-2020, 11:44 Yazar:  Samir Baxılıb: 231 Çap et
Tural Gəncəliyev İspaniya mətbuatında dərc edilən məqaləsində Ermənistanın təxribatlarından bəhs edibAzərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin İspaniya mətbuatında məqaləsi dərc edilib.

Mediaxeberleri.az-ın məlumatına görə, məqalədə Ermənistan rəhbərliyinin həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycana qarşı törədilən hücumlar və digər mühüm məqamlar barəsində ispan oxuculara geniş məlumat verilib.

Məqalədə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində Ermənistan hərbi güc tətbiq edərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini işğal edib.

Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı evlərindən qovulub. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində bu işğal pislənib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilib.

İcma rəhbəri nəzərə çatdırır ki, Ermənistan sözügedən qətnamələrə tamamilə etinasız yanaşır və faktiki olaraq cəzasız qalıb. Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının “öz müqəddəratını təyinetmə” prinsipini əsas tutduğunu iddia edir və bu siyasi oyununa don geyindirmək üçün işğal olunmuş Azərbaycan ərazilərində qondarma rejim təşkil edib.

Eyni zamanda son illərdə Ermənistan işğalın nəticələrini möhkəmləndirmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini daha da intensivləşdirib. Ermənistan 1949-cu il Cenevrə konvensiyaları daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik tərkibi dəyişdirmək üçün orada qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.

Məqalədə bildirilir ki, Ermənistan Suriyadan və Livandan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir, azərbaycanlılara məxsus mədəni və tarixi abidələri məqsədli şəkildə məhv edir, təbii sərvətləri istismar edir və işğal etdikləri torpaqların su ehtiyatlarından çayların aşağı axarlarında yaşayan azərbaycanlılara qarşı ekoloji terror vasitəsi kimi istifadə edir. Beynəlxalq ictimaiyyətin etinasız və qeyri-adekvat münasibətindən ruhlanan Ermənistan bu illər ərzində Azərbaycan ərazilərinin işğalını daha da genişləndirmək üçün çoxsaylı təxribatlara əl atıb. Qeyd olunub ki, ən son və genişmiqyaslı hərbi təxribat cəhdləri 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında törədilib. Ermənistan tərəfindən təxribat xarakterli bəyanatlar, Ermənistan siyasətçilərinin məsuliyyətsiz davranışları və Azərbaycanın işğal olunmuş ərazilərində, həmçinin dövlət sərhədində hücum silahlarının yerləşdirilməsi açıq şəkildə sübut edir ki, Azərbaycana qarşı növbəti hərbi hücum planı üzərində ciddi hazırlıqlar gedir.

T.Gəncəliyev bildirib ki, Ermənistan Müdafiə naziri Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyir. Ermənistan Baş nazirinin xanımı Anna Hakobyan isə bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərində erməni qadınları üçün hərbi təlim şousu təşkil edib:

“Ermənistanın “sülhsevər” Baş nazirinin hərbi forma geyinən “sülhsevər” arvadının başqa bir ölkənin ərazisində nə işi var? Ermənistan mövcud danışıqların formatını dəyişdirməyə çalışır və işğal faktını ört-basdır etmək və törədilən cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını Ermənistan və Azərbaycan arasındakı münaqişənin “tərəfi” kimi təqdim edir. Sözügedən cəhdlər ATƏT-in müvafiq sənədlərində təsbit edilən danışıqlar formatına tamamilə ziddir. Dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına dialoq təklif etdik. Ancaq təəssüf ki, təkliflərimiz həmişə rədd edilib. Bu, Ermənistanın danışıqlarda və sülhdə maraqlı olmadığını əyani sübut edir.

Ermənistanın məqsədi danışıqlar prosesini dayandırmaq və işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməkdir. Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalı və bir milyondan artıq məcburi köçkünün öz evlərinə qayıdışı təmin edilməlidir.

Münaqişə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazırıq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:26 Elçin Əhmədov: Ermənistanın təcavüzkar siyasəti 30 ildən çoxdur ki, dünya birliyinin gözü qarşısında baş verir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az