t s

» » SABİQ DEPUTATIN MİLYONLUQ ŞİRKƏTİ FƏALİYYƏTİNİ DAYANDIRDI - Səbəbi açıqlandı

SABİQ DEPUTATIN MİLYONLUQ ŞİRKƏTİ FƏALİYYƏTİNİ DAYANDIRDI - Səbəbi açıqlandı

11-09-2020, 08:18 Yazar:  Samir Baxılıb: 78 Çap et
SABİQ DEPUTATIN MİLYONLUQ ŞİRKƏTİ FƏALİYYƏTİNİ DAYANDIRDI - Səbəbi açıqlandı
Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verir.

"Report" bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb şirkətin "Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar, 2-ci yenidən təşkil olunacaq.

Xatırladaq ki, “Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.

"Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:06 Əhmədzadənin xırıd etdiyi büdcə pulları... - İDDİA Azərbaycanda son aylar baş verən gözlənilməz dəyişikliklər, aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların
14:40 Oğlu və qardaşı oğlu tutulan deputatla bağlı yeni sensasion bilgilər İqbal Məmmədov 2 ildir vergi ödəməkdən yayınırmış Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və daha 4 şəxs Vergilər Nazirliyinin əməkdaşlarına zor tətbiq, nazirliyə məxsus nəqliyyat vasitələrini daşqalaq etdiklərinə görə barələrində
15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
08:27 Nazirin deputat qardaşı da ittiham hədəfinə çevrildi... - Adam inhisarçı imiş... Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, 91 saylı Ucar Seçki Dairəsindən deputat seçilmiş Elton Məmmədovu tanımayan yoxdur. Çünki ara-sıra onun və oğlu Aynar Məmmədovun adı mətbuatda bir sıra məsələlərdə hallandırılıb. Əldə etdiyimiz bilgilərə görə, 1954-cü ildə Ucar rayonunun Qazıqumlaq kəndində

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az