t s

» » “Azərbaycana məğlubiyyət bizim üçün yaxşı dərs oldu” - Kiprin baş məşqçisi

“Azərbaycana məğlubiyyət bizim üçün yaxşı dərs oldu” - Kiprin baş məşqçisi

9-09-2020, 08:21 Yazar:  Samir Baxılıb: 161 Çap et
“Azərbaycana məğlubiyyət bizim üçün yaxşı dərs oldu” - Kiprin baş məşqçisi
"Millətlər Liqasında ikinci məğlubiyyətimizi aldıq və bu, hamı üçün yaxşı dərs oldu".

Mediaxeberleri.az
xəbər verir ki, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının II turunda evdə Azərbaycana 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis ilk hissədə pis oynadıqlarını bildirib: "Rəqib təhlükəli hücumlar təşkil edirdi, biz isə qorxurduq. Sonradan vəziyyəti düzəltsək də, artıq gec oldu. Səhvlərimizi düzəltməliyik. Hədəflərimizə çatmaq üçün çalışmağa davam edəcəyik".

Belçikalı baş məşqçi Azərbaycanla matçda bəzi şeylərin yolunda getmədiyini söyləyib: "Rəqiblə eyni səviyyədə deyildik. Onlar meydana daha istəkli çıxmışdılar. Mövqe səhvlərimiz oldu, rəqibin oynadığı sistemlə bacarmadıq. Bu, isə bizə problem yaratdı. Futbolçularım onlardan nə istədiyimi bilməli, özlərinə inanmalıdırlar. Verilən tapşırıqları düzgün yerinə yetirəndə onlardan narazı qala bilmərəm".

Y.Valem fasilədə futbolçularla etdiyi söhbəti də mətbuata açıqlayıb: "Onlara dedim ki, ilk hissəni unudun və ikinci 45 dəqiqəyə köklənin. Komandamızda ciddi dəyişikliklər olub. Bizə vaxt lazımdır. Heç vaxt öz oyunçularımı günahlandırmaram. Oyunumuzu mükəmməlləşdirdikdən sonra axtardığımız lider oyunçular üzə çıxacaqlar. Oktyabrda daha iki oyunumuz var. Gələcək planları müəyyənləşdirib oyunumuzu yaxşılaşdırmağa çalışacağıq". /Report




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
15:53 BMAM sədri Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri ilə görüşüb Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqanerlə görüşüb. BMAM mətbuat xidmətindən verilən məlumata görə, Rufiz Qonaqov bildirib ki, ölkəmizin Şimali Kipr
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
14:43 Çingiz Abdullayev: "Bunu bilsəydik nə dərdimiz?" Bu gün Azərbaycan Premyer Liqasının XXIV turunda "Qəbələ" ilə qarşılaşan "Neftçi" fasiləyə üstün yollansa da, yekunda qələbəni əyalət təmsilçisi qazanıb. Oyundan sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb. - Oyunla bağlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az