t s

» » Atasını bilmədən öldürən Şövqü haqda maraqlı detallar - Foto

Atasını bilmədən öldürən Şövqü haqda maraqlı detallar - Foto

8-09-2020, 22:46 Yazar:  Samir Baxılıb: 281 Çap et
Atasını bilmədən öldürən Şövqü haqda maraqlı detallar - Foto
Tanınmış gitaraçı Nofəl Süleymanlını ehtiyatsızlıqdan öldürməklə gündəmə gələn oğlu Şövqü Süleymanlı barədə bəzi məlumatlar bəlli olub.

Mediaxeberleri.az
xəbər verir ki, Ş.Süleymanlı peşəkar şəkildə güləşlə məşğul olub. O, Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub.

İdmançı 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən idmanın güləş növü üzrə 55 kq çəkidə olan idmançılar arasında Beynəlxalq turnirdə I yerə layiq görülüb.

İlkin məlumatda qeyd olunduğu kimi, Ş.Süleymanlının 15 yox, 17 yaşı var. Nofəl Süleymanlının dörd övladı var, onlardan üçü oğlandır.

Məlumata görə, Nofəl qeydiyyatda olduqları Ağcabədi rayonuna yola düşməzdən əvvəl oğluna silahı təmizləməsini, rayonda ova gedəcəklərini deyib.

Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb./Qafqazinfo

Atasını bilmədən öldürən Şövqü haqda maraqlı detallar - Foto




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az