t s

» » Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başladı

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başladı

8-09-2020, 15:08 Yazar:  Samir Baxılıb: 195 Çap et
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başladıBu gündən 2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.

Mediaxeberleri.az xəbər verir ki, namizədlər 9 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Xatırladaq ki, vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 30 müəyyən edilib. Digər fənlər üzrə keçid balı və vakansiya seçiminin tarixi barədə yaxın günlərdə məlumat veriləcək.

Əvvəlki ildən fərqli olaraq, cari ildə peşə təhsili müəssisələrində mövcud olan vakant yerlər də namizədlərin seçimi üçün təqdim ediləcək.

Qeyd edək ki, vakansiya seçimi başa çatdıqdan sonra keçid balını toplamış namizədlərin yerləşdirilməsi elektron şəkildə, ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. İmtahan nəticəsi və seçdiyi vakant yer eyni olan iki və ya daha çox namizədin elektron yerləşdirilməsi zamanı 5 meyar üzrə müəyyən olunmuş əmsallar mərhələli şəkildə həmin namizədlərin imtahan nəticəsinin kəsr hissəsinə əlavə ediləcək. Belə ki, yalnız yuxarıda qeyd olunan hallarda namizədlərin imtahan nəticəsinə ilk növbədə ixtisas balı, daha sonra isə mərhələli şəkildə təhsil göstəricisi, təhsil haqqında sənədi, pedaqoji stajı və yaşayış yerinə uyğun olaraq əmsal tətbiq ediləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:28 BURAXILIŞ İMTAHANININ II MƏRHƏLƏSİ VƏ DÖVLƏT İMTAHANI LƏĞV EDİLİR - Nazirlər Kabineti təhsillə bağlı qərar verdi (Yenilənib) Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23
16:45 Nazirlər Kabineti tədris ili ilə bağlı QƏRAR VERDİ Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib. Mediaxeberleri.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 1. Azərbaycan Respublikası
21:30 Bu şəxslər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək Nazirlər Kabineti “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib. Mediaxeberleri.az -ın məlumatına əsasən, Qaydaya əsasən müvafiq peşə üzrə təhsil standartları və proqramları (kurikulumları) əsasında ixtisaslı işçi kadr hazırlığı aparan və müvafiq lisenziyası olan bələdiyyə və özəl peşə
14:22 Ali məktəblərə qəbul qaydaları dəyişdi – Yeni tələblər və şərtlər Mediaxeberleri.az-ın məlumatına görə, dəyişikliyə əsasən qəbul imtahanına dair tələblər dəyişib. Beləliklə, müvafiq tədris ili üzrə müsabiqədə iştirak edən abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq,
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az