t s

» » Qənirə Paşayeva Türk Dünyası gəncliyinə birlik və Qarabağ çağırışı edib

Qənirə Paşayeva Türk Dünyası gəncliyinə birlik və Qarabağ çağırışı edib

28-07-2015, 13:12 Yazar:  Nuray Baxılıb: 387 Çap et
Qənirə Paşayeva Türk Dünyası gəncliyinə birlik və Qarabağ çağırışı edib Türkiyədə Beynəlxalq Dədə Qorqud Beynəlxalq Festivalı çərçivəsində Beşpınarda çıxış edən millət vəkili Qənirə Paşayeva ziyalılara səslənərək ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib.

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva çıxışında Türk dünyasının ən böyük problemlərindən biri olan Qarabağ problemindən, Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.

“Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna, öz evinə dönə bilməyən qaçqın və məcburi köçkün qardaş-bacılarımız mövzusuna daha həssas yanaşmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycanı, o cümlədən Qarabağ həqiqətlərini yerində görmək üçün tədbir iştirakçılarını ölkəmizə dəvət edib.

Azərbaycanın keçdiyi yol, bütün istiqamtətlərdə inkişafı, getdikcə daha da genişlənən Azərbaycan-Türkiyə münasibətləri barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva çıxışının sonunda isə inşallah Beynəlxalq Dədə Qorduq Festivalını gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək deyib. O, həmçinin tədbirin iştirakçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:45 Qənirə Paşayeva əsgərləri təbrik edib Millət vəkili Qənirə Paşayeva, Türk Dünyası Qəzetəçilər birliyi başqanı Güngör Yavuzaslan Ramazan bayram münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər. Mediaxeberleri.az-a daxil olan məlumata
16:59 Millət vəkili və JEM təmsilçiləri düşmənlə təmas xəttində əsgərlərlə görüşdü Jurnalist Ekspert Mərkəzinin (JEM) “Diqqət, düşmən mətbuatıdır” adlı layihəsi davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihənin növbəti mərhələsində JEM təmsilçiləri iyunun 5-6-da cəbhə bölgəsinə səfər ediblər. Tovuz və Qazax
10:54 Millət vəkili qondarma erməni soyqırımı gününə toy təyin etdi Milli Dirçəliş Hərakatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin oğlunun toyu olacaq. Mediaxeberleri.az xəbər verir ki, deputat oğlu Nikbin Quliyevin toy mərasimini 24 aprel- ermənilərin qondarma soyqırımı gününə salıb. “Xudafərin” şadlıq sarayında keçiriləcək toya deputatlar, ictimai
21:57 Qənirə Paşayeva: Bütün dəyərli müəllimlərin qarşısında baş əyirəm “Müəllim sözü dünyada ən müqəddəs sözlərdən biridir”. Milli Məclisin deputatı Qənirə Paşayeva həmkarı, sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin müəllimlərlə bağlı səs-küylü açıqlamasından sonra bu peşə sahibləri ilə bağlı status yazıb. Mediaxeberleri.az xəbər verir ki, şəxsi facebook
02:10 Qənirə Paşayeva Türkiyədən Ermənistana mesaj göndərdi – VİDEO Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Haber Türk”ün qonağı olub. “A24.az” xəbər verir ki, Q.Paşayeva televiziya efirindən Xocalı soyqırımı ilə bağlı məlumat verib, ermənilərin dinc azərbaycanlılara qarşı tətbiq etdikləri dəhşətli vəhşilikdən danışıb. Millət vəkili qeyd edib ki, Ermənistan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az