t s

» » “Əlim əlində, başın çiynimdə, gözlərin gözlərimdə...” - Məleykə Əsədova

“Əlim əlində, başın çiynimdə, gözlərin gözlərimdə...” - Məleykə Əsədova

8-09-2020, 11:59 Yazar:  Samir Baxılıb: 219 Çap et
“Əlim əlində, başın çiynimdə, gözlərin gözlərimdə...” - Məleykə ƏsədovaXalq artisti Məleykə Əsədovanın qızı Gülərin 15 yaşı tamam olub.

Mediaxeberleri.az xəbər verir ki, aktrisa həmin günü karantin səbəbindən yaxınları ilə birlikdə keçirə bilməyib. “İnstagram” səhifəsində qızı ilə görüntülərini paylaşan M.Əsədova təəssüratlarını bölüşüb:

“8 sentyabr Allahımın mənə ən böyük hədiyyə etdiyi gün. Özəl günüm. Başımın tacı, yaşamaq eşqim, doğum günün mübarək! Əlim əlində, başın çiynimdə, gözlərin gözlərimdə, “mamoçka” deyən səsinlə məni xoşbəxt edirsən. Allahım səni xoşbəxt etsin. Mənim ağıllı qızım, Allahdan sənin can sağlığını və xoşbəxt günlər görməyini arzu edirəm. Çox savadlı olmağını, ali məktəbə girməyini və ən başlıca ən yaxın dostunun aqil olmağını arzu edirəm. Allah tezliklə dünyanı bürümüş bu bəladan bizləri qurtarsın. 15 yaşını COVİD-19 a görə gözəl qeyd edə bilməyəcəyik, İnşallah, özəl günlərin hələ qarşıdadır. Allah qismət eləsin 16, 17, 18 yaşlarını gözəl qarşılayaq. Əsas sevgi dolu qəlbi ilə anan yanındadır. Buna sonsuz şükürlər edək”.

Qeyd edək ki, ərindən boşanan M.Əsədovanın həmin evlilikdən Gülər adlı bir qızı var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:01 Prezidentə yazırlar: “Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir” - MƏKTUBLAR Azərbaycan əhalisi Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edir. Həmin müraciətlərdə Prezidentin rəhbərliyi ilə dövlətin ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlər təqdir olunur. Müraciətlərin bir qismini təqdim edirik:
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az