t s

» » Nazirlik əməkdaşı intihar etmədən öncə bu statusu yazıbmış

Nazirlik əməkdaşı intihar etmədən öncə bu statusu yazıbmış

7-09-2020, 11:16 Yazar:  Samir Baxılıb: 339 Çap et
Nazirlik əməkdaşı intihar etmədən öncə bu statusu yazıbmış
Xəbər verdiyimiz kimi, Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı Rauf Əsədov özünü yaşadığı mənzildə asaraq öldürüb.

Mediaxeberleri.az "MediaPost”a istinadən xəbər verir ki, o, intihar etməzdən öncə sosial media hesabında status paylaşıb:

"Statusda qeyd edib ki, ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan!

"Elə bilməyin asandır bir anda hər şeydən imtina edib getmək ?! Yox, çox çətindir! Çox! Heç kim sənin nələr yaşadığını bilməz. Heç kim sənin nə dərdin olduğunu bilməz. Heç kim sənin içindən nələr çəkdiyini bilməz! Heç kim sənin nələr ilə mübarizə apardığını bilməz. Hətta heç kim sənin necə bir insan olduğunu belə bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər... Həyatda bağışla deyəcəyim iki insan var - həyat yoldaşım və oğlum! Bağışlayın, məni Sizə layiq ola bilmədim! Həyat yoldaşım hər zaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər, amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim! Sənin ayaq tozuna layiq olmayanlara dəyişdim səni bağışla məni! Üzülmə, dik dur! Romana görə dik dur! Bütün dostlarıma, bir azdan əlvida deyəcəyim həyatda məni tanıyan hər kəsə məni əsla qınamayın və pis olmayın deyirəm!

Sən mənim həyatımsan oğlum! Olduğun yer nəfəsdir mən sən qolum-qanadımsan oğlum! Varlığın belə, yaşamağa bəsdir mənə... Bu sözləri hər gün deyəcək qədər həyat dolu biriydim mən! Heyif, heç bir şey göründüyü kimi deyil...

Əlvida!"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
20:55 İntiharların əsl səbəbləri və çıxış yolları - TƏHLİL Dünyada intihar hadisələrinin sayında artım və intihar yaşının cavanlaşması tendensiyası müşahidə olunmaqdadır. Dünyada hər 40 saniyədə bir insan intihar edir, hər il bu rəqəmdən 13 dəfə çox isə intihara cəhd olur. Hər 13 intihar cəhdindən 12-si uğursuz, biri isə ölümlə nəticələnir. İntihara cəhd
12:42 Mediamız intihar xəbərini tirajlamalıdırmı? Psixoloq və media eksperti “Anadolu” təcrübəsini təqdir edirlər Psixoloqlar və cəmiyyət ekspertləri arasında uzun zamandır müzakirə olunan məsələlərdən biri də odur ki, mediada intihar xəbərlərinin bütün çılpaqlığı ilə verilməsi insanları şüuraltı olaraq intihara təşviq edir. Bu artıq ekspertlər
10:03 Mediada İNTİHAR: bu xəbərləri NECƏ VERMƏLİ? İntihar xəbərlərinin bu qədər tirajlanması cəmiyyətdə gərginliyi, eləcə də özünə qsədin sayını daha da artırır. Son vaxtlar artan intihar xəbərləri fonunda tez-tez psixoloqlar bu cür açıqlamalar verirlər. Belə fikir yaranır ki, mediada bir gündə bir neçə intihar xəbərinin verilməsi və onların
17:23 Psixoloq işləyən riyaziyyat müəllimi və ya özümüzü niyə öldürürük? - ARAŞDIRMA Cəmiyyətimizin psixoloji mənzərəsi nədir, nazirliklər hansı işləri görür? Son günlərdə ölkədə intiharlarla bağlı statistikada yenə artım nəzərə çarpır. Az qala elə gün olmur ki, kimsə özünü öldürməsin. İntihara əl atan şəxslərin yaş həddinə baxdıqda, mənzərənin təhlükəli olduğu görünür. 20-li

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az