t s

» » Rəşad Mahmud: "Azərbaycan deyirəm"

Rəşad Mahmud: "Azərbaycan deyirəm"

7-09-2020, 08:29 Yazar:  Samir Baxılıb: 393 Çap et
Rəşad Mahmud: "Azərbaycan deyirəm"
Şirin şirin danışan o nəşəli dillərə,
Dədəm Qorquddan qalan obalara , ellərə,
Vətən eşqli ərlərin can verdiyi yerlərə,
Azərbaycan deyirəm.

Coşqun çaylar axdığı dərələrin səsinə,
Ormanları tükənməz dağların nəfəsinə,
Dünyada dünya boyda gözəllik ölkəsinə ,
Azərbaycan deyirəm.

Əzəməti sınmayan billur Xəzər dənizi,
Dərdli Araz cayının qəmli qara bənizi,
Könlümdə inildəyən duyub qoca Təbrizi,
Azərbaycan deyirəm.

Savalan həsrətini məğrur çəkən Şahdağa,
İntizarı ümiddən qüvvət alan bayrağa,
Dərbənd kimi yaralı, ayrı düşən torpağa ,
Azərbaycan deyirəm.

Övladları sırayla qurban olan millətə,
Can verib ,yurd yaşadan kişilərdə qeyrətə,
Milyon-milyon insanın fəxr etdiyi dövlətə,
Azərbaycan deyirəm.

Tərif deyilmir amma hər ömürü bitənə,
Şərəf layiqdir ancaq el qədrinə yetənə,
Şəhidlərin qanıyla qidalanan vətənə,
Azərbaycan deyirəm.

Bitirəcək ömründə dərdli, qəmli bir çağı,
Səmtinin hər yerində yellənəcək bayrağı,
Yağının caynağından alacaq Qarabağı,
Azərbaycan deyirəm!

Borçalının sazına ,sədəflənən sözünə,
İnildəyən Göycəmin , Zənğəzurun özünə,
Bir millətin bir ömür yurd həsrətli gözünə ,
Azərbaycan deyirəm.

Mənim ölkəm qoy böyük ,bütöv bir diyar olsun,
Hürriyyəti hər zaman bizə iftixar olsun,
Allah ona ömür ver, dünya varkən var olsun,
Azərbaycan deyirəm!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az