t s

» » Ölkə əhalisinin neçə faizi idmanla məşğul olur? - STATİSTİKA

Ölkə əhalisinin neçə faizi idmanla məşğul olur? - STATİSTİKA

7-09-2020, 08:10 Yazar:  Samir Baxılıb: 262 Çap et
Ölkə əhalisinin neçə faizi idmanla məşğul olur? - STATİSTİKA
Azərbaycanda əhalinin yalnız 20,4 faizi idmanla məşğul olur.

2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 43,5 faizi, 20-44 yaşlı əhalinin 27 faizi, 45-64 yaşlı əhalinin 11,6 faizi idman edir.

İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 54 faizi , 20-44 yaşlı kişilərin 40,7 faizi, 45-64 yaşlı kişilərin 17,1 faizi, yaşı 65-dən çox olan kişilərin 8,7 faizi idmanla məşğuldur.


Qadınlara gəldikdə isə, onların yalnız 11 faizi idmanla məşğul olur.

Azərbaycandakı 15-19 yaşlı qadınların 32,2 faizi , 20-44 yaşlı qadınların 13,2 faizi, 45-64 yaşlı qadınların 7 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizliyi dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amili kimi qiymətləndirir. Dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır.Publika.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:30 Azərbaycanda əhalinin 20,4 faizi idmanla məşğul olur Azərbaycanda əhalinin yalnız 20,4 faizi idmanla məşğul olur. Mediaxeberleri.az xəbər verir ki, 2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 43,5 faizi, 20-44 yaşlı əhalinin 27 faizi, 45-64 yaşlı əhalinin 11,6 faizi idman edir. İdmanla
15:27 Azərbaycanda qadınlarda piylənmə kişilərdən çoxdur - Statistika açıqlandı Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə müşahidə edilir, 47,2 faizinin bədəni isə piylənmə ərəfəsindədir. Trend xəbər verir ki, bu barədə 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarında qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatının normaları
12:30 Dərmanların istifadəsi ilə bağlı bu mexanizm tətbiq ediləcək Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb. Beləliklə, 1 yanvar
22:12 Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar dəyişəcək Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmləri müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dərman vasitələrinin farmakonəzarət
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az