t s

» » Millətlər Liqası: İspaniyadan darmadağın, Almaniya və Türkiyə yenə qələbəyə həsrət qaldı

Millətlər Liqası: İspaniyadan darmadağın, Almaniya və Türkiyə yenə qələbəyə həsrət qaldı

7-09-2020, 07:59 Yazar:  Samir Baxılıb: 263 Çap et
Millətlər Liqası: İspaniyadan darmadağın, Almaniya və Türkiyə yenə qələbəyə həsrət qaldı
UEFA Millətlər Liqasında II tura start verilib.

Mediaxeberleri.Az
xəbər verir ki, ötən gün ümumilikdə 10 oyun keçirilib.

B liqasında mübarizə aparan Türkiyə səfərdə Serbiya ilə üz-üzə gəlib. İlk turda uduzan rəqiblərin duelində qalib müəyyənləşməyib. Rusiya isə Macarıstana qalib gəlib.

Bu liqanın digər qrupunda Uels ikinci qələbəsini Bolqarıstan üzərində qazanıb. İrlandiya isə Finlandiyaya uduzub.

Ən güclülərin yer aldığı A liqasında İspaniya Ukraynanı darmdağın edib – 4:0. Almaniya isə yenə xal itirib. Bundestim İsveçrə ilə bacarmayıb – 1:1.

C liqasında Sloveniya Moldovaya, Yunanıstan isə Kosovoya qalib gəlib.

D liqasında Andorra ilə qarşılaşan Farer adaları ikinci qələbəsini bayram edib. Malta Latviya ilə heç-heçə oynayıb.

Qeyd edək ki, tura sentyabrın 8-də yekun vurulacaq.


Millətlər Liqası
II tur
6 sentyabr

B liqası, 4-cü qrup
Uels – Bolqarıstan - 1:0
Qol: Uilyams, 90+4


İrlandiya – Finlandiya - 0:1
Qol: Yensen, 64

D liqası, 1-ci qrup
Andorra – Farer adaları - 0:1
Qol: Olsen, 31

Malta – Latviya - 1:1
Qollar: Nvoko, 15 - Gillaumer, 25 (avtoqol)

B liqası, 3-cü qrup
Macarıstan - Rusiya - 2:3
Qollar: Sallai, 62, Nikoliçs, 70 - Mirançuk, 15, Ozdoyev, 34, Fernandes, 46


Serbiya – Türkiyə - 0:0


C liqası, 3-cü qrup
Sloveniya – Moldova - 1:0
Qol: Bohar, 28

Kosovo – Yunanıstan - 1:2
Qollar: Berişa, 82 - Limnios, 2, Siovas, 51

A liqası, 4-cü qrup

İspaniya – Ukrayna - 4:0

Qollar: Serxio Ramos, 3 (pen.), 29, Fati, 32, Torres, 84


İsveçrə - Almaniya - 1:1
Qollar: Vidmer, 58 – İlkay Gündoğan, 14




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:53 UEFA Millətlər Liqası: Türkiyə evdə Macarıstana uduzdu UEFA Millətlər Liqasında 2020/2021 mövsümünə start verilib."Report" xəbər verir ki, ilk oyun günündə A,B,C və D liqalarında 10 qarşılaşma baş tutub. A Liqasının iddialı komandalarından Almaniya və İspaniya ilk turda üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib. Türkiyə yığması da Millətlər
07:54 UEFA Avropa Liqasında play-off mərhələsinin iştirakçıları məlum olub UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinə yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, üçüncü təsnifat mərhələsinin cavab görüşlərində aşağıdakı hesablar qeydə alınıb: HİK (Finlandiya) – “Riqa” (Latviya) - 2:2, ilk oyun - 1:1; “Dinamo" (Tbilisi, Gürcüstan) – “Feyenoord” (Hollandiya)
08:19 Avropa Liqasında 40 oyun - nəticələr Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Son oyun günündə 40 görüş keçirilib. Təmsilçilərimizdən "Qəbələ" öz meydanında Tbilisi "Dinamo"sunu qəbul edib və 0:2 hesabı ilə uduzub. "Neftçi" isə Rusiya səfərində Tula "Arsenal"ı ilə üz-üzə gəlib və minimal
09:06 Avroviziya-2019: Azərbaycana səs verən ölkələr - Siyahı İsrailin Tel-Əviv şəhərində keçirilən mahnı müsabiqəsi başa çatıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayevin "Truth" ("Həqiqət") mahnısına aşağıdakı ölkələr səs verib: Rusiya - 12 xal Rumıniya - 10 xal Litva - 10 xal Sloveniya - 10 xal Gürcüstan - 10 xal Albaniya
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az