t s

» » Ələt limanında böyük növbə - “Neçə gündür durmuşuq burada, yükü boşaltmırlar"

Ələt limanında böyük növbə - “Neçə gündür durmuşuq burada, yükü boşaltmırlar"

4-09-2020, 08:14 Yazar:  Samir Baxılıb: 473 Çap et
Ələt limanında böyük növbə - “Neçə gündür durmuşuq burada, yükü boşaltmırlar"
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Ələt qəsəbəsində) yük maşınlarının böyük növbəsi yaranıb.

Bu barədə “Azadlıq” radiosuna yük maşınlarının birinin sahibiSadıq Vəliyev məlumat verib: "Rusiyadan kartof yükləmişik. Gəlmişik Ələt limanına. Kartof gəmi vasitəsi ilə Türkmənistana aparılmalıdır. Biz bura gələn kimi koronavirus pandemiyası ilə bağlı karantində qaldıq. Rusiya tərəfində də çətinliklərlə üzləşdik. Yükü vurdular, üç gündən sonra sənəd verdilər. Gəldik Dərbəndə, iki gün də bizi orada saxladılar. Bizə demişdilər ki, iki saata Azərbaycana keçəcəksiniz. Azərbaycan tərəfinə keçəndə dedilər ki, Ələt limanına gedin, orada yükləri boşaldarlar. Neçə gündür durmuşuq burada, yükü boşaltmırlar".

O deyib ki, gətirdikləri tranzit yükdür, gərək vaxtında boşaldıla: "Burda 200-ə yaxın maşın var. Elə maşın var avqustun 24-də gəlib. Mən özüm üç gündür burdayam. Mal yiyəsi deyir ki, fəhlə yoxdur. Hər dəfə bizə deyirlər ki, yük boşaldılacaq. Üst-başımız çirk içindədir".

Digər bir sürücü Səfərəli Rəsulov isə deyib ki, artıq ehtiyat pulları da tükənib:"Gündə yanacağa 50 manat pul ödəyirik, soyuducu maşınlardır. Duran yerdə də xərc istəyir. Bunun yeməyi var, gündə 70-80 manat xərcimiz çıxır. Heç nə istəmirik, onlardan. Gəlsinlər, yükü boşaltsınlar. Hərəsinin ailəsi var. Bütün xərcləri cibimizdən ödəyirik. Maşınlar yük altındadır, sıradan çıxırlar".

Yük sahibi - "Riyad" şirkətin nümayəndəsi Məzahir Məmmədov isə deyib ki, sürücülərə dəyən ziyan ödənilib: "Hamı yol pulunu alıb. Məhsulu Türkmənistana aparacaq gəmi gecikir. Dövlət səviyyəsində daşınan yükdür. Yük gömrükdən keçib. Sürücü yükü təhvil verməlidir. Bəlkə yük çürüyüb, ona sürücü cavabdehlik daşıyır. Pislik etməmişik. Bu yükün daşınmasına Rusiyanın maşınlarını da cəlb edə bilərdik. Yüküözümüzkülərə verdik ki, çörək qazansınlar. Gecikmələr bizlik deyil. Vaxtaşırı olaraq texniki səbəbdən gecikmələr olur".

Məsələyə, hələlik, Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəsmilərindən münasibət almaq mümkün olmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az