t s

» » Tanınmış müğənni məcburi köçkünləri təhqir etdi: “Sizi qapımda it əvəzi saxlayıram” – VİDEO

Tanınmış müğənni məcburi köçkünləri təhqir etdi: “Sizi qapımda it əvəzi saxlayıram” – VİDEO

3-09-2020, 14:31 Yazar:  Samir Baxılıb: 533 Çap et
Tanınmış müğənni məcburi köçkünləri təhqir etdi: “Sizi qapımda it əvəzi saxlayıram” – VİDEO
Tanınmış müğənni Tuncay Vəliyev (Bərdəli) məcbur köçkünləri təhqir edib.

Bu barədə İstixebertv.com-a Yevlax sakini Məmmədov Elnur Fikrət oğlu və Nəcəfov Ələddin Məhəmməd oğlu məlumat veriblər. Onlar qeyd ediblər ki, 2019-cu ilin avqust ayında tanınmış müğənni Tuncay Bərdəlinin Nefçilər metrosunun yaxınlığında, “Bolmart”-ın üstündəki binanın 17-ci mərtəbəsindəki evini təmir edirdik.



Təmir işlərinin yekunlaşmasına iki gün qalmış yəni 2019-cu ilin sentyabr ayının 17-də bizi zəng vurub təmir olunan evinə dəvət etdi. (Bizə olan 1610 azn borcunu qaytarmaq üçün) Biz isə ora gedəndə maraqlı mənzərə ilə qarşılaşdıq. Evdə başqa usta işlədiyini gördük. Bu zaman usta ilə söhbət edərkən hər otaqdan idmançı bədən qruluşlu oğlanlar çıxıb bizi döydülər. Döydükdən sonra Tuncay Vəliyev və xanımı Nuray Vəliyeva DİN-nin “102” qaynar xəttinə zəng edərək bizdən şikayətçi oldular. Tuncay Vəliyev hadisə şahidlərinin gözü qarşısında “Sizin kimi qaçqınları qapımda it əvəzi saxlayıram” deyərək təhqir etdi. “Mənim əlim uzundur, siz nə bilirsiniz edin, mənə vız gələr” deyərək bizi təmir olunan evindən döydürərək qovdurdu.

Polis əməkdaşları hadisə yerinə gələndə zərərçəkmişin onlar yox, bizlər olduğunu görüb, bizi məhkəmə tibbi ekspertiziyasından keçmək üçün göndərdilər. Həmin hadisə ilə bağlı Bakı Şəhəri Nizami rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb və hələdə davam edir.

Biz sizin sayt vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə, Ombudsman Səbinə Əliyeva müraciət edirik ki, məcburi köçkünləri təhqir edən, bizi döydürən müğənni Tuncay Vəliyev və onun xanımı Nuray Vəliyeva haqqında açılmış cinayət işinin dəqiq və qərəzsiz araşdırılmasında və onlardan alacağımız olan min altı yüz on (1610) manatı alınıb bizə qaytarılmasında köməklik göstərsinlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən İstixebertv.com-a bildirildi ki, cinayət işinin araşdırması davam edir.

Qeyd edək ki, müğənni Tuncay Vəliyev rəhmətlik Vidadi Bərdəlinin qardaşı övladıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az