t s

» » Bakıda şok: 49 yaşlı kişi məktəbli oğlana mağazada təcavüz etdi - TƏFƏRRÜAT

Bakıda şok: 49 yaşlı kişi məktəbli oğlana mağazada təcavüz etdi - TƏFƏRRÜAT

3-09-2020, 11:46 Yazar:  Samir Baxılıb: 397 Çap et
Bakıda şok: 49 yaşlı kişi məktəbli oğlana mağazada təcavüz etdi - TƏFƏRRÜATBakıda həmcinsinə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Lerik rayon sakini, 1972-ci il təvəllüdlü Əflatun Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, Əflatun Mehrəliyev 13 oktyabr 2019-cu il tarixdə, saat 23 radələrində alkoqollu içkinin təsiri altına 2004-cü il təvəllüdlü Samir Səmədova (ad və soyad şərti verilib – red.) evəgetməmişdən əvvəl onun satıcılıq fəaliyyəti ilə məşğul olduğu Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən yerləşən “3003” adlanan mağazadan isti üst paltarını götürmək üçün birlikdə mağazaya getməsini təklifedib.

Əflatun Mehrəliyev Samir Səmədovu aldatmaqla razı salıb, həmin mağazanın giriş qapısının kilitini özündə olan açarla açaraq içəridəvət edib. Onlar birlikdə mağazaya daxil olublar.

Mağazanın işığınıyandırmadan həmin mağazanın giriş qapısını içəridən örtüb,kilitini açarla bağlayaraq yalnız mobiltelefon aparatı ilə cüzi işıqlandırdığı qaranlıq məkanda zərər çəkmiş şəxs zortətbiq etmək hədəsi ilə sakit qalmasını, səsini çıxarmamasını tələb edib.

Daha sonra Əflatun Mehrəliyev Samir Səmədova müxtəlif dərəcəli bədən xəsarəti yetirib, sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər edib.

“Aramızda münasibət yarandı”

İstintaq orqanı tərəfindən Əflatun Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əflatun Mehrəliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Samir Səmədovu hadisədən az müddət əvvəl tanıyıb: “Qardaşım Ələddinin istifadəsində olan Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən “3003” adlanan mağazada qeyri-rəsmi satıcılıq fəaliyyəti ilə məşğul olmuşam. Yaxınlıqda yerləşən “Delikates” adlanan kafedən yemək sifariş edirdim. Sifarişlə yeməkləri gətirən Samir olub. Məhz bu səbəbə görə aramızda yaxşı münasibətlər yarandı, sifarişləri birbaşa ona vermək məqsədilə mobil telefon nömrəsini götürdüm. O da sifarişləri velosipedlə gətirib mənə təhvil verirdi”.

“Düşünürdüm ki, 18 yaşı olub”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 13 oktyabr 2019-cu il saat 19 radələrində başqa ünvana sifariş aparan Samir Səmədov “3003” adlanan mağazanın qarşısında təsadüfən görüb və ondan hal-əhval tutaraq birlikdə çay içməyi təklif edib: Samirin litseyin tələbəsi olmasını onun sözlərindən bilirdim. Lakin düşünürdüm ki, onun artıq 18 yaşı olub. Özümün isə 48 yaşı var. İkimiz birlikdə saat 21 radələrində piyada Təbriz küçəsində yerləşən kafeyə çatdıq. Həmin kafedə özümə pivə sifariş verdim, Samir də pivə içmək istədiyini bildirdi. Ofisiantı yanıma çağıraraq Samirə pivə gətirməsini xahiş etdim. Lakin ofisiant bildirdi ki, Samir zahiri görkəminə görə balacadır, ona pivə verə bilməz. Bu vaxt Samir ofisianta bildirdi ki, onun 19 yaşı var. Bundan sonra ofisiant Samirə də pivə verdi. Hərəyə noxudla iki bakal pivə içdik, yüngül sərxoş olduq. Pivənin pulunu ödədim. Saat 22.45-də durub birlikdə kafedən çıxdıq”.

“Dedi ki, boğazımdan öpüb sorsun”

Əflatun Mehrəliyev qeyd edib ki, yolları üst-üstə düşdüyündən onlar elə birlikdə mağazaya doğru gəliblər: “Həmin vaxt hava soyuq olduğundan qərara gəldim ki, işlədiyim mağazadan qalın gödəkcəmi götürüm geyinim. Ona görə Samirə mağazaya girib gödəkcəmi dəyişəcəyimi söylədim. Yolu keçən vaxtı Samirdən əvvəl mağazaya doğru qaçaraq mağazanın qapısını özündə olan açarla açdım və məndən sonra mağazaya çatan Samiri də içəri dəvət etdim. Dəvətim ilə Samir mağazaya daxil oldu. Mağazanın giriş qapısını açarla bağlamadan içəridən örtdüm. Mağazanın işığını yandırmadan qaranlıqda, yalnız özümdəki mobil telefon aparatının işığı ilə gödəkcəmi götürmək istədim. İşığı ona görə yandırmadımki, işığın ümumi yandırılma yeri qapıdan aralı idi. Həmin vaxtı mağazanın içərisində Samir mənə dedi ki, boğazından öpüb sorsun, bundan xoşu gəlir. Mən də Samirin xahişi və razılığı ilə onun qollarından əllərim ilə tutub rahat olsun deyə onu özümə tərəf çəkərək boğazının, yəni boynunun əvvəlcə solundan, ardınca da sağından, daha sonra yanaqlarından öpdüm”.

“Etdiyim əməldən peşmanam”

Əflatun Mehrəliyev qeyd edib ki, həmin vaxtı birdən Samir Səmədov onu əli ilə arxaya doğru asta itələyib mağazanın qapısını açaraq mağazanı oranı tərk edib: “Bundan sonra mağazanın qapısını açarla bağlayaraq evimə getdim. Bundan sonrakı gün polisə aparıldın və hadisəni olduğu kimi polisə danışdım. Hadisə vaxtı zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməmişəm, hədələməmişəm, hər hansı bir əşya, bıçaq tətbiq etməmişəm. Zərərçəkmiş şəxs ilə mağazada qaranlıq vəziyyətdə mobil telefon işığında təxminən 10 dəqiqə qalmışam. Zərərçəkmiş şəxsin könüllü razılığı əsasında mağazanın içərisində onun boynundan, yanaqlarından öpüb, sormuşamElə zənn etmişəm ki, zərərçəkmiş şəxs artıq orta məktəbin 11-ci sinfini bitirib, 18 yaşı tamam olub. Zərərçəkmiş şəxs polisə şikayət edəndən sonra bilmişəm ki, onun 15 yaşı var. Etdiyim əməldən peşmanam”.

“Aramda heç vaxtı yaxın münasibət olmayıb”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samir Səmədov bildirib ki, Əflatun Mehrəliyevi hadisədən təxminən 2 həftə əvvəl tanıyıb: “Peşə litseyində oxumaqla yanaşı şənbə-bazar günləri Nəsimi rayonu ərazisində yerləşən “Deliakates” kafesində sifarişləri ünvanlara aparırmışam. Təqsirləndirilən şəxs həmin kafenin yaxınlığında yerləşən “3003” adlanan xırdavat mallarının satışı mağazasında satıcısı kimi tanımışam. Əflatun “Delikates” kafesindən sifarişlər edirdi, mən də həmin mağazaya sifarişlər aparmışam Bu vaxtlar Əflatunu orada görüb tanımışam. Əflatunla aramda heç vaxtı yaxın münasibət olmayıb. Sifarişləri çatdırdıqdaƏflatun telefon nömrəmi götürüb özümə də zəng edib, sifarişlər verməyə başladı. Əflatunla söhbət edən zaman Peşə Litseyinin tələbəsi olmağımı demişəm”.

“Bildirdim ki, vaxtım olsa gələrəm”

Samir Səmədovun sözlərinə görə, 13 oktyabr 2019-cu il həftənin bazar günü olduğundan“Deliakates” kafesində işdə olub: “Həmin günü günorta saatlarında kafedən çıxıb velosipedlə “3003” adlanan xırdavat mallarının satışı mağazasının yaxınlığındakı olan başqa bir mağazaya sifariş apardım. “3003” adlanan xırdavat mallarının satışı mağazasının qarşısından keçərkən təsadüfən Əflatunu gördüm. Əftalununözü məni yanına çağırdı, salamlaşaraq hal-əhval tutdu, birlikdə pivə içməyi təkif etdi. Həmin vaxtı Əflatuna inandım, mənə təhlükə törədəcəyini ağlıma belə gətirmədiyim üçün bildirdim ki, vaxtım olsa gələrəm. b Bundan sonra mağazaya sifarişi çatdırdım, sonra işə qayıtdım. Sonra saat 19 radələrində evimizə getdim”.

“Pivə içib sərxoş olduq”

Zərərçəkmişin ifadəsinə görə, həmin günü saat 21 radələrində Samir Səmədov ona zəng edib, onu pivə içməyə çağırıb: “Əflatunun təklifinə razılıq verdim. Saat 21.15-də “3003” adlanan xırdavat mallarının satışı mağazasının qarşısında görüşdük. Əflatunun təklif etdiyi yerdə pivə içmək üçün avtomobil yolunu Bakı Dəmir Yol Vağzalına tərəf keçdik. Mirəli Qaşqay küçəsi ilə yuxarı qalxıb Şamil Əzizbəyov küçəsi ilə üzü Təbriz küçəsinə doğru getdik. Orada yerləşən “Parus” kafesinə çatdıq. Saat 22.50-də qədər Əflatunla “Parus” kafesində hərəyə iki bakal pivə içərək yüngül sərxoş olduqdan sonra oradan çıxıb evə getmək qərarına gəldik. Evə olan yolumuz eyni olduğundan bərabər eyni yolla geri qayıtmağa başladıq”.

“Məni mağazaya dəvət etdi”

Samir Səmədov bildirib ki, həmin günü saat 22.58-də “3003” adlanan xırdavat mallarının satışı mağazasına doğru keçərkən Əflatun Mehrəliyev yolun ortasına çatan vaxtı ona jileti mağazada qaldığını deyib: “Əflatun mənə təklif etdir ki, mağazaya girib jileti götürək. Mən də Əflatuna inandım, bu səbəbdən onunla razılaşdım. Əflatun mağazanı açmaq üçün avtomobil yolunu keçən vaxtı qabağa doğru qaçmağa başlayaraq mənə dedir ki, ardınca mağazaya gəlim. Mən də onun ardınca “3003” adlanan mağazaya doğruaddımlayaraq getməyə başladım. Mağazaya çatdıqda artıq Əflatun mağazanın giriş qapısını açarla açmışdı. Mağazanın qapısında “gəl keç içəri” deyərək məni mağazaya dəvət etdi. Mən də onun dəvəti ilə mağazaya daxil oldum”.

“Əflatunun etdiyi hərəkətlərindən şoka düşdüm”

Samir Səmədovun sözlərin görə, Əflatun Mehrəliyev mağazanın işığını yandırmayıb, yalnız əlində tutduğu mobil telefonunun işığı yandırıb: “Elə zənn etdim ki, Əflatun mağazadan jileti götürəcək və birlikdə gedəcəyik. Mağazanın içərisində Əflatun birinci mağazanın giriş qapısını açarla içəridən bağlasa da, açarı giriş qapısının kilitinin üzərində qoydu. Ardınca Əflatun əlindəki işığı yanan mobil telefon aparatını yerə böyük salfet qutularının üstünə işığı yuxarı vəziyyətdə qoydu və əynindəki qəhvəyi rəngli nazik gödəkcəsini çıxartdı. Əflatunun əynində yalnız qəhvəyi rəngində uzunqol jaket qaldı. Əflatun əynindəki gödəkcəsini çıxarandan sonra mağazada yerə qoyduğu telefon işığında mənə dedi ki, səsini çıxartma və ardınca qollarımdan tutub sıxaraq özünə tərəf çəkdi, əvvəlcə dodaqları ilə boğazımın boyun nahiyəsinin sağ, ardınca sol tərəfindən, ardınca da, sifətinin sağ və sol yanaqlarımdan öpdü, sormağa başladı. Bunları edərkən Əflatun mənim qollarımı əlləri ilə tutub sıxdı və məndən sakit qalmağımı tələb etdi. Əflatunun etdiyi hərəkətlərindən şoka düşdüm”.

“Gördüm ki, boynumda, yanağımda qançır izləri əmələ gəlib”

Samir Səmədov qeyd edib ki, Əflatun Mehrəliyev etdiyi hərəkətlərin mahiyyətini anladıqdan sonra əli ilə onu itələyib yerə yıxıb: “Əflatunun yıxılmasından istifadə edərək qapının kilitini açarla açdım, çölə qaçdım. Evə qayıdanda gördüm ki, boynumda, yanağımda öpüb sorulmadan qançır izləri əmələ gəlib. Elə zənn etdim ki, həmin izlər keçib gedər. Utandığımdan hadisə barədə heç kəsə məlumat vermədim. Lakin səhər yuxudan durduqda gördüm ki, boynumda və yanaqlarımda Əflatunun öpüb sormasından əmələ gəlmiş qançır izləri hələ də qalıb. Anası üzümdəki izləri görərək məni sorğu-sual etdi. Anama həqiqəti deməyərək guya savaşdığımı və döyüldüyümü bildirdim. Anam dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi. Oradan anamı və məni polisə dəvət etdilər. Polisə getdiyim zaman da anama həqiqəti demədim. Yalnız polislər anamın iştirakı olmadan sorğu-sual etdikdən sonra hadisəni olduğu kimi bildirdim. Bundan sonra anama da həqiqəti söylədim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əflatun Mehrəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az