t s

» » İran-fars şiəliyi niyə Azərbaycanda oturuşa bilmir?

İran-fars şiəliyi niyə Azərbaycanda oturuşa bilmir?

1-09-2020, 15:05 Yazar:  Samir Baxılıb: 820 Çap et
İran-fars şiəliyi niyə Azərbaycanda oturuşa bilmir?
“Bildiyimiz kimi, Aşurə mərasimi bu ilin avqust ayının 30-na uyğun gəldi. Ölkəmizdə pandemiya görə tətbiq edilmiş karantin qaydalarına görə Aşurə mərasimlərinin lazımı səviyyədə keçirilməsi mümkün olmadı. Bununla bağlı bir sıra narazı fikirlərə rast gəldim və təbii ki, dindarlarımızın istəyidə anlaşılandır. Ancaq Aşurə mərasimlərinin lazımınca qeyd eilməməsi səbəbini pandemiyaya görə tətbiq edilən karantin qaydalarının tələbi kimi yox, digər siyasi nəticə və hansısa dövlətin diktəsi kimi, qələmə verən “dindar”larda oldu. Sözsüz ki, fars meylli “dindar”ların mövqeyinin əsl hədəfi də bizlərə məlumdur. Bu barədə danışmağa ehtiyac görmürəm.”

Mediaxeberleri.AZ
xəbər verir ki, bunu hüquqşünas, Qarabağ qazisi, AJB-nin üzvü, publisist, politoloq, VI çağırış Milli Məclisə deputatlığa namizəd Vüqar Dadaşov öz sosial hesabında bildirib.



“Ümumiləşdirdiyim, “İran-fars şiəliyi niyə Azərbaycanda oturuşa bilmir” kimi fikirlərin sözsüz müxtəlif aspektlərdən öz izahı var ancaq, məsələyə öz şəxsi baxışım bir qədər elmi xarakterlidir.

Bu mövzu çox dərin siyasi təhlil və analiz tələb edən eyni zamanda dini etiqaddan daha çox psixoloji məsələdir. Sözsüz ki, qərəzsiz bütün fikirlərə hörmətlə yanaşılmalıdır ancaq, qoyulmuş məsələyə təkcə din azadlığı, islam təəssübkeşliyi, şiəçilik kontekstindən baxmaq düz deyil. Məsələ daha genişdir və din kölgədə qalmağa məcbur nəticədir.

Bir anlığa düşünün, Allaha şükür ki, çoxlarınız normal düşüncə qabiliyyətinə malikdir və inanıram ki, fikrim qərəzsiz qəbul olunacaq...

Bəşər tarixində dövlətlər yaranır, dağılır, biri digəri ilə əvəz edilir. Prosesdə dinlər yaranır və müəyyən dövrdə hakim düşüncə tərzinə çevrilir, sonra mövqeyini itirir, yaxud zaman onu özü tarixdən silir. Birinci məqam odur ki, dövlətləri quranda, hər hansı bir dini hakim qüvvəyə çevirəndə etnos, millət və xalqlardı yəni, insanlar istədiyini qurur və yaşadır. Tarix boyu bizim etnosumuz islamdan öncə neçə-neçə dinə sitayiş edib, dinləri dəyişib ancaq, özü dəyişməyib.

Əslində, həqiqətdə elə budur və göz qabağındadır, bizim düşündüyümüz dini etiqad sosial və ictimai tələbatdır, əgər bu tələbata ehtiyac hiss olunmursa demək, buna iki səbəb var: ya dinin mahiyyəti düzgün izah edilmir yada, din sosial və ictimai həyatımızı tam əhatə gücünə malik deyil. (İkinci səbəbi islama aid etmək olmaz-İslam Allahın bizə bəxş etdiyi ən mükəmməl nicat yoludur.) Bu iki səbəbdən biri, dinin insanlar arasında nüfuzdan düşməyinə səbəbdir ki, hər kəs bu səbəbləri anladığı şəkildə izah edə bilər.

O ki, qaldı İran-fars-şiə məsələsinə...

Bütün tarix boyu dinlər dövlət idarəçiliyində daha doğrusu, qrupların idarə olunmasında bir vasitə kimi istifadə olunub və olunmaqdadır. Dövrümüzdə Ukraynada, Rusiyada Birmada, Yunanıstanda, Çində, Hindistanda baş verən siyasi proseslərdə din faktorunun bir alət kimi gizli və ya aşkar istifadəsi buna misaldır. İran sadalanan və sadalamadığım dövlətlər arasında dini yəni, şiəçiliyi fars dövlət maraqlarına xidmətə ideal uyğunlaşdıran, elmi dillə desək TEOKRATİK rejimdir. Müasir İran-fars şiyəliyinin islam ailəsinə bağlılığı üzülməkdıdir səbəb də, odur ki, farslar şiəçiliyi ümumiran miqyasında olan millətlərin milli kimliyini arxa plana keçirmək məqsədi ilə milli mənsubiyyəti sildirən dövlət ideologiyasına çeviriblər. Yəni, dini mənsubiyyət milli mənsubiyyətdən önə çıxarılaraq İran-fars dövlətçiliyin bir qoruyucu funksiyası ilə yüklənib. Qısa desək fars şiəliyi İran teokratik rejiminin ideoloji bazası formasını alıb.

Bu baxımdan Azərbaycanda İran-fars şiəçiliyi tam yerini tuta bilmir. Yəni, dinin mövqeyinin zəifləməsi yuxarıda qeyd etdiyim iki səbəbdən biri və birincisi-mahiyyətindən kənarlaşdırılmasıdır. Bu baxımdan, İran-fars şiəliyi əsl islam şiə mahiyyətindən kənarlaşaraq millətlərin milli azadlıq istəyinin boğucu bir vasitəsinə çevrilib. Təbii ki, belə bir boğucu fars şiəliyi hər hansı bir cəmiyyətdə tam oturuşa bilməz.

O ki, qaldı İsrail məsələsinə qeyd edim ki, beynəlxalq siyasətdə müttəfiqlik, əməkdaşlıq maraqların üst-üstə düşməsi yaxud müəyyən nəticələri əldə etməyə hesablanmış siyasi mövqedir. Yəni, müttəfiqlik həmişə müvəqqəti xarakter daşıyır və əbədi deyil. Azərbaycanı əhatə edən mənfur düşmənlərlə mübarizə üçün İsrailə əməkdaşlığımız siyasi ehtiyacımızdan irəli gəlir. Bu baxımdan Azərbaycan bizə hər şeydən irəlidir və dövlətimizi qorumaq üçün İsrailə ehtiyacımız var.”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az