t s

» » AĞSTAFA RMİ GENİŞ TƏRKİBDƏ VİDEOKONFRANS KEÇİRDİ - FOTO

AĞSTAFA RMİ GENİŞ TƏRKİBDƏ VİDEOKONFRANS KEÇİRDİ - FOTO

27-08-2020, 16:51 Yazar:  Samir Baxılıb: 884 Çap et
AĞSTAFA RMİ GENİŞ TƏRKİBDƏ VİDEOKONFRANS KEÇİRDİ - FOTO
Ağstafa Regional Mədəniyyət İdarəsi Mədəniyyət Nazirliyinin tapşırıqları ilə bağlı geniş tərkibdə videokonfrans keçirdi. Virtual zəmində keçirilən tədbirdə idarənin rayonlar üzrə nümayəndələri, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak etdi.

Mediaxeberleri.az xəbər verir ki, konfransı giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov Mədəniyyət Nazirliyinin tapşırıqları barədə danışaraq mədəniyyət müəssisələrində günün tələblərinə cavab verən işin qurulmasının vacibliyini qeyd etdi. Natiq çıxışında mədəniyyət müəssisələrində şəffalığın təmin olunması məsələsinə toxunaraq gənc, ixtisaslı kadrların işlə təmin olunması, o cümlədən müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması, ciddi nizam-intizama əməl olunması, müəssisələrdə mütəmadi olaraq profilaktik dezinfeksiya işlərinin aparılması mövzularından bəhs etdi. Konfransda xüsusilə idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində ideoloji işin gücləndirilməsi məsələsi geniş müzakirə olundu. Həmçinin videokofransların keçirilməsi, virtual tədbirlərin təşkili, müəssisələrin karantin rejiminə ciddi əməl etməsi və s. mövzular müzakirə edildi və müvafiq tapşırıqlar verildi.
http://aghstafa.mctgov.az/az/view/358/1821/AGSTAFA-REGIONAL-MEDENIYYET-IDARESI-MEDENIYYET-NAZIRLIYININ-TAPSIRIQLARI-ILE-BAGLI-GENIS-TERKIBDE-VIDEOKONFRANS-KECIRDI




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:03 Ağstafa RMİ Ağdam rayonunun işğalının 27 illiyinə həsr olunmuş videokonfrans keçirib Ağstafa Regional Mədəniyyət İdarəsi Ağdam rayonunun işğalının 27 illiyinə həsr olunmuş 100 nəfərlik videokonfrans keçirdi. Tədbiri giriş sözü ilə açıq elan edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd etdi ki, bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən
19:10 Ağstafa RMİ-i 26 İyun Silahlı Qüvvələrin yaranmasının 102 illiyinə həsr olunmuş videokonfrans keçirib Ağstafa Regioonal Mədəniyyət İdarəsi 26 İyun Silahlı Qüvvələrin yaranmasının 102 illiyinə həsr olunmuş videokonfrans keçirdi. Virtual zəmində 100 nəfərin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov ilk öncə Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün
17:35 Ağstafa Regional Mədəniyyət İdarəsi 15 iyun-Milli Qurtuluş günü münasibətilə videokonfrans keçirdi Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsi 15 iyun-Milli Qurtuluş günü münasibətilə "Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq ideologiyasının təbliğində Heydər Əliyev Fondunun rolu gənc mədəniyyət könüllülərinin gözü ilə” mövzusunda videokonfrans keçirdi. Rayonlar üzrə
20:45 Ağstafa RMİ-si “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş maraqlı onlayn bayram tədbiri keçirdi Ağstafa Regional Mədəniyyət İdarəsi “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş maraqlı onlayn bayram tədbiri keçirdi. Tədbiri giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov uşaqları bayram münasibətilə təbrik etdi, onların arzularını dinlədi. Bu günün tarixi haqqında məlumat
08:38 Ağstafa Regional Mədəniyyət İdarəsi “Virtual Qarabağ” İKT Mərkəzi ilə birlikdə "Şuşasız 28 il" mövzusunda elmi- virtual konfrans keçirdi Ağstafa Regional Mədəniyyət İdarəsi “Virtual Qarabağ” İKT Mərkəzi ilə birlikdə Şuşa rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına həsr olunmuş "Şuşasız 28 il" mövzusunda elmi- virtual konfrans keçirdi Ağstafa Regional Mədəniyyət İdarəsinin “Virtual Qarabağ” İKT Mərkəzi ilə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az