t s

» » “Qarabağ”ın Çempionlar Liqasında mümkün rəqibləri məlum oldu

“Qarabağ”ın Çempionlar Liqasında mümkün rəqibləri məlum oldu

27-08-2020, 07:52 Yazar:  Samir Baxılıb: 922 Çap et
“Qarabağ”ın Çempionlar Liqasında mümkün rəqibləri məlum oldu
Çempionlar Liqasında növbəti püşkatmaların bütün iştirakçıları müəyyənləşib.

Mediaxeberleri.az
xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra mümkün olub.

10 komanda Çempionlar yolunda, 3 klub Liqa yolunda tur adlayıb. Bununla da avqustun 31-də baş tutacaq III təsnifat mərhələsinin püşkündə iştirak edəcək komandalar bilinib. Həmin gün Çempionlar yolunda mərhələ keçən 10 komanda 5 cütlük təşkil edəcək. Püşk zamanı Azərbaycan çempionu “Qarabağ” səpələnmişlər sırasında yer alacaq.

Liqa yolunda mərhələ keçən 3 komandaya daha üç iştirakçı qoşulacaq. Burada yenidən üç cütlük müəyyənləşəcək.

Sentyabrın 1-də isə pley-offun püşkü atılacaq. Çempionlar yolunda öncəki mərhələnin 5 cütü və mübarizəyə yeni qoşulacaq üç komanda rəqiblərini tanıyacaq. “Qarabağ”ın yer aldığı cüt səpələnməmiş olacaq.

Liqa yolunda isə üç cütə bir klub da qoşulacaq. Püşk pley-offun iki cütünü müəyyənləşdirəcək.

III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Xorvatiya)

“Yanq Boyz” (İsveçrə)

“Srvena Zvezda” (Serbiya)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Təl-Əviv, İsrail)

Səpələnməmişlər

“Molde” (Norveç)

“Midtülland” (Danimarka)

“Ferensvaroş” (Macarıstan)

“Omoniya” (Kipr)

“Dinamo” (Belarus)

Liqa yolu

Səpələnmişlər


“Benfika” (Portuqaliya)

“Dinamo” (Ukrayna)

“Gent” (Belçika)

Səpələnməmişlər

“Rapid” (Avstriya)

PAOK (Yunanıstan)

“Alkmaar” (Niderland)

Pley-off

Səpələnmişlər

“Zalsburq” (Avstriya)

“Olimpiakos” (Yunanıstan)

“Dinamo”nun cütü (Xorvatiya)

“Slaviya” (Çexiya)

Səpələnməmişlər

“Yanq Boyz”un cütü (İsveçrə)

“Srvena Zvezda”nın cütü (Serbiya)

“Qarabağ””in cütü (Azərbaycan)

“Makkabi”nin cütü (Təl-Əviv, İsrail)

Liqa yolu

Səpələnmişlər


“Benfika”nın cütü (Portuqaliya)

“Dinamo”nun cütü (Ukrayna)

Səpələnməmişlər

“Gent”in cütü (Belçika)

“Krasnodar” (Rusiya)

/Apasport.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
14:18 Avropa Liqasında klublarımızın potensial rəqibləri – SİYAHI Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qəbələ”, “Neftçi” və “Keşlə”nin bütün potensial rəqibləri bəlli olub. Mediaxeberleri.az xəbər verir ki, iyunun 12-də keçiriləcək ilkin mərhələnin püşkatmasında 14 komanda iki səbətə bölünəcək. Azərbaycan komandaları isə yarışa I təsnifat
16:55 “Qarabağ” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin də rəqibləri məlum olub. “Qarabağ”ın rəqibi “Yanq Boys” (İsveçrə) , “Qəbələ”nin isə “Panatinaikos”dur (Yunanıstan). Avropa Liqası Pley-off
15:19 “Qarabağ”la “Qəbələ” rəqiblərini gözləyir - Bu gün püşkatmadır Bu gün UEFA Avropa Liqasının “play-off” mərhələsi üçün püşk atılacaq. Bu mərhələdə ölkəmizi təmsil edən “Qəbələ” və “Qarabağ”da rəqiblərini tanıyacaq. İsveçrənin Nyon şəhərində baş tutacaq mərasim Bakı vaxtilə saat 16:00-da başlayacaq. Səbətlər isə aşağıdakı kimidir: Səpələnmişlər
10:03 Avropa Liqasında “pley-off”un iştirakçıları - SİYAHI Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Mediaaxeberleri.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutan 29 qarşılaşma ilə pley-offun iştirakçılarının tam siyahısı bəlli olub. Bütün oyunların nəticələrini təqdim edirik. Avropa Liqası III təsnifat mərhələsi Cavab

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az