t s

» » “Qarabağ” “Şerif”ə qarşı: Oyun başladı - YENİLƏNİB

“Qarabağ” “Şerif”ə qarşı: Oyun başladı - YENİLƏNİB

26-08-2020, 20:00 Yazar:  Samir Baxılıb: 687 Çap et
“Qarabağ” “Şerif”ə qarşı: Oyun başladı - YENİLƏNİB
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” oyunu start götürüb.

Oxu.Az-ın Tofiq Bəhramov adına Respublika Stadionunda olan müxbiri xəbər verir ki, görüşdə hesab açılmayıb.

19:00

Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirəcək.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi turnirin II təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

Mövcud pandemiya şəraiti ilə əlaqədar bir matçdan ibarət olan və azarkeşsiz keçiriləcək duel Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Bundan əvvəlki mərhələdə “Qarabağ” Şimali Makedoniya “Sileks”i üzərində 4:0, “Şerif” isə Lüksemburq “Fola”sı ilə matçda 2:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, cütün qalibinin III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bəlli olacaq. Məğlub komandanın Avropa Liqasındakı rəqibi isə ertəsi gün müəyyənləşəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

26 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 2. Qara Qarayev, 8. Uroş Matiç, 19. Filip Ozobiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 29. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev

Baş məşqçi: Qurban Qurbanov

“Şerif”: 1. Dumitru Seleadnik, 11. Andrey Peteleu, 15. Kristiano, 91. Usman Ndiaye, 70. Fatih Obilor, 55. Benedik Mioç, 3. Çarles Petro, 44. Andrey Lukiç, 18. Uilyam Parra Sinisterra, 77. Anatoli Abanq, 76. Qabriel Boban

Ehtiyat oyunçular: 33. Sergey Peşenko, 7. Andrey Blizniçenko, 8. Maks Veloso, 10. Kastaneda Velez, 14. Sebastian Dahlstrom, 43. Riçard Qadze, 16. Keston Jülien

Baş məşqçi: Zoran Zekiç

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:06 "Qarabağ"ın Çempionlar Liqasındakı oyununun stadionu dəyişdirilə bilər "Qarabağ" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibini “Azersun Arena”da qəbul edə bilər. "Report"un məlumatına görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etdikləri matçdan
07:01 “Qarabağ”dan məhsuldar heç-heçə - YENİLƏNİB “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununa çıxıb. Azərbaycan çempionu səfərdə İrlandiyanın “Dundalk” komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan çempionu 5-ci dəqiqədə erkən qola imza atsa da, sona qədər üstünlüyünü qoruya bilməyib.
20:55 İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini
21:49 “Qarabağ” “Şerif”ə uduzur - Canlı yayım+ Yenilənir Bu gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək. Mediaxeberleri.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz "Qarabağ" səfərdə Moldovanın "Şerif" klubunun qonağı olacaq. Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, "Şerif"
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az