t s

» » “İmam Hüseynə öz evimdə əzadarlıq edirəm” - Hacı Rahim

“İmam Hüseynə öz evimdə əzadarlıq edirəm” - Hacı Rahim

25-08-2020, 16:29 Yazar:  Samir Baxılıb: 1237 Çap et
“İmam Hüseynə öz evimdə əzadarlıq edirəm” - Hacı RahimKoronavirus səbəbilə yaranan təhlükəli vəziyyətə görə Operativ Qərargah tərəfindən toy və yas mərasimləri, o cümlədən digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Məhərrəmlik ayı və Aşura mərasimi də bu dövrə təsadüf edib.

Xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərib. Məhz buna görə, İran kimi dini bir dövlətin məscidlərində belə məhərrəmlik mərasimlərinin qadağan edilməsi təəccüb doğurmur.

Maraqlıdır, bu dövrdə insanlar imamların ruhuna öz ehtiramlarını hansı formada göstərə bilərlər?

Dini məsələlər üzrə ekspert Hacı Rahim Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırkı vəziyyətdə qaydalara əməl etmək lazımdır:

“Mənim hünərim çatmaz ki, İmam Hüseynin məclisinin keçirilib-keçirilməməsi ilə bağlı bir şey deyim. Çünki onu birbaşa Allah özü bu vəzifəyə təyin edib. O, şəhidlik zirvəsinə qalxıb. İslam sözünün mənası təslim ol deməkdir. Yəni Allah nə göndərsə, ona tabe olmalısan. İslam bir məntiq dinidir. Biz hazırda qaydalara riayət etməliyik. İslam deyir ki, harada təhlükə varsa, ondan kənarda qalın. Biz təhlükə tərəfdən yox, Allah tərəfdənik. Allah deyəndə gözəlliklər yada düşür. Hər axşam bir məsciddə onlayn İmam Hüseyn əzadarlığı olur, mən də oradayam, amma ondan əlavə öz evimdə gün ərzində öz ailəmlə İmam Hüseynə əzadarlıq saxlayıram. Ehtiram məhz budur, şərt deyil ki, mən kütləvi toplaşılan bir yerdə olum”.

Məsələnin maddi tərəfinə gəldikdə isə Hacı Rahim diqqətə çatdırıb ki, əgər biz hər gün bişirdiyimiz yeməyi İmam Hüseyn ehsanı etsək, iki-üç qonşumuza bir qab yemək versək, bu, bizim ehtiramımızdır:

“Bu dövr çətin dövrdür, hamı ehtiyat etməlidir. İmam Hüseyn haqq-ədalət, bizim gələcəyimiz üçün şəhid oldu. Biz indi öz gələcəyimizi düşünməyib İmam Hüseyn üçün gedib əzadarlıq edək, amma nəticədə kiməsə ziyan vuraq? Əgər kiməsə bilə-bilə ziyan vururuqsa, bu, doğru deyil”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az